“Azərbaycan Türkiyəyə daha 100 yanğınsöndürən göndərir” – Ərdoğan

“Azərbaycan meşə yanğınları ilə mübarizə aparmaq üçün Türkiyəyə daha 100 yanğınsöndürən göndərəcək”.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədəki meşə yanğınları ilə bağlı hazırki vəziyyəti şərh edərkən deyib.

Türkiyə Prezidenti bu gün Prezident İlham Əliyevlə baş tutan telefon danışığını xatırladaraq qeyd edib:

“Bu gün bura gəlməzdən öncə qardaşım İlham Əliyevlə telefon danışığımız oldu. O daha 100 yanğınsöndürən göndərə biləcəklərini dedi. Bunun çox yaxşı olacağını dedim”.

O əlavə edib ki, həmin yanğınsöndürənlər çox güman ki, bu gün Türkiyəyə yollanacaq.

Facebook Comments