AB Türkiyədən bunları gözləyir – Şults

Türkiyə Avropa Birliyinin üzvü deyil, amma çox özəl bir ölkədir. Türkiyə Avropa Birliyi üzvlüyünə namizəddir, Gömrük Birliyinin üzvüdür. Yəni zatən çox yaxın münasibətlərimiz var. Ancaq alman nöqteyi-nəzərindən yanaşsaq, bu münasibətlərin daha da irəliləməsini görmək istəyirik.

Sozcu.az xəbər verir ki, bunu Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults deyib.

Şultsun sözlərinə görə, Avropa Birliyinin Türkiyədən Şərqi Aralıq dənizi, insan haqları və hüququn üstünlüyü ilə bağlı bəzi gözləntiləri var:

“Şərqi Aralıq dənizində son aylarda gərginliyin azalmasını məmnuniyyətlə qarşılayırıq. Türkiyə ilə Yunanıstan arasındakı təmasların da gərginliyin azalmasına töhfə verəcəyinə ümid edirik”.

Facebook Comments