Türkiyənin Sarayköy bələdiyyəsi sədri: “Bizim ağır günümüzdə yanımızda oldunuz”

“Bir az əvvəl Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 11 avtomobilini su və yanacaqla təmin etdik”.

Sozcu.az-ın verdiyi məlumata görə, bunu Türkiyənin Sarayköy bölgəsinin bələdiyyə sədri Ahmet Necati Özbaş deyib.

“Biz də burada bir millət iki dövlət anlayışı ilə yüz illərdir olan qardaşlığımızın birləşdiyini gördük. Biz həmişə sizin yanınızda olduq. Qarabağ müharibəsində qəlbimiz sizinlə birgə döyündü. Siz də burada bizim ağır günümüzdə yanımızda oldunuz. Allah sizdən razı olsun! Buradan bütün can Azərbaycan qardaşlarımıza salamlarımızı çatdırırıq”, – bələdiyyə sədri bildirib.report

Facebook Comments