Xarici Kəşfiyyat Xidməti: Ermənistan-Azərbaycan müharibəsi gözlənilmir

Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2026-cı il üçün xarici risklər haqqında illik hesabatını dərc edib. Sozcu.az xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına görə, 2026-cı ildə Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya demək olar ki, gözlənilmir. Qeyd edilib ki, eskalasiya ehtimalı Vaşinqton razılaşmaları və hər iki tərəfin 8 avqust 2025-ci ildə sülh müqaviləsini paraflaması nəticəsində əhəmiyyətli dərəcədə azalıb. Xarici Kəşfiyyat Xidməti həmçinin hərbi-siyasi niyyətlərdən qaynaqlanmayan lokal toqquşmaları qeyri-mümkün hesab edir. Hesabata görə, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ticarət-iqtisadi təşəbbüslərin həyata keçirilməsi, iki cəmiyyət arasında dialoq, humanitar layihələr və s. sahəsində yeni irəliləyiş ehtimalı yüksəkdir. Xarici Kəşfiyyat Xidməti regionda kommunikasiyaların açılmasına da eyni dərəcədə nikbin yanaşır. Buna baxmayaraq, kəşfiyyat xidməti Ermənistan-Azərbaycan münasibətlərində müəyyən risklər də  görür.

Bakıda ailə dramı - İki meyit tapıldı

Bakıda iki bacı dəm qazından boğularaq ölüb. Sozcu.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib. Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır. (APA)

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər. Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.

Sabah da qar yağacaq, şaxta olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gündüz yağıntılar tədricən kəsiləcək.Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib. Bu barədə Sozcu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bundan başqa, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri də keçirilib, saat 12:00-da Qara Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Paşinyan Trampın sülhlə bağlı təklifini qəbul etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yaradılan Sülh Şurasına qoşulmaq təklifini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama yayıb. Onun sözlərinə görə, rəsmi İrəvan regional və beynəlxalq münaqişələrin dinc yolla həllini dəstəkləməkdə davam edir. Qeyd edək ki, Tramp Qəzza ilə bağlı Sülh Şurasına Rusiya və Belarus da daxil olmaqla, çoxlu ölkə dəvət edib.

20 Yanvar şəhidləri ölkə ərazisində yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub. Sozcu.az xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib. Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

DİN qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Bakı, digər şəhər və rayonlarda qarlı hava ilə bağlı yol hərəkəti iştirakçılarına daha yüksək diqqət və məsuliyyətli olmaqla bağlı müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə bütün yol hərəkəti iştirakçılarına ayıq-sayıq olmaq, diqqətli davranmaq və qarşılıqlı anlayış nümayiş etdirməklə bağlı çağırış olunub. Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir: "Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır. Bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir. Bu səbəbdən sürücülər hərəkət zamanı son dərəcə ehtiyatlı olmalı, ara məsafəsini qorumalı, sürət həddinə ciddi şəkildə riayət etməli, qəfil manevrlərdən çəkin­məli və yol hərəkəti qaydalarına tam əməl etməlidirlər". DİN, həmçinin, piyadalardan da qarlı hava şəraiti ilə əlaqədar bəzi şərtləri yerinə yetirməsini xahiş edib: "Piyadalar yolları yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürüşkən yol örtüyünü nəzərə almalı, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirməli və öz təhlükəsizliklərini daim ön planda saxlamalıdırlar".

İranda minlərlə insan həlak olub - Qalibaf

Ölkədə baş verən iğtişaşlar zamanı minlərlə insan həyatını itirib. Sozcu.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf parlamentin iclasında çıxışında deyib. Qalibaf xüsusən yanvarın 8-i və 9-da ölənlərin sayının daha çox olduğunu bldirib. Spiker də digər İran rəsmiləri kimi, itkilərin düşmənin terrorçu əməliyyatının nəticəsi olduğunu iddia edib.

NATO Baş katibinin müavini Azərbaycana gəlir

NATO Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi səhifəsində məlumat verilib. Bildirilib ki, Baş katibin müavini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək. Bundan əlavə, Radmila Şekerinska beyin mərkəzlərinin nümayəndələri, eləcə də NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri ilə də görüşlər keçirəcək.

Hazırda bu yolarda tıxac var

Hazırda paytaxtın bəzi yollarında tıxac var. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 15. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 17. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 19. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Metrodan istifadə edənlərin sayı azaldı

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2024-cü illə müqayisədə 3 milyon 119,8 min nəfər və yaxud 1,4% azdır.

Güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ağdərədə partlayış olacaq - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, məhvetmə prosesi yanvarın 19-23-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində  həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - nazirlikdən bildirilib.

44 yaşlı qadın dəm qazından zəhərləndi

Gədəbəydə 44 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

İspaniyada iki sürət qatarı toqquşdu – 21 ölü, çoxlu yaralı var

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində dəhşətli qəza baş verib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubundakı Əndəlüs bölgəsində, Kurtuba şəhəri yaxınlığında baş verən qəzada azı 21 nəfər həlak olub, çox sayda yaralı var. Hadisə Madriddən təxminən 360 km cənubda, Adamuz bələdiyyəsi yaxınlığında baş verib. Yerli mənbələr bildirir ki, Malaqadan Madridə gedən bir qatarın üç vaqonu relsdən çıxıb. Bu vaxt qarşı xətdə Huelva istiqamətinə hərəkət edən ikinci qatarın manevr etməyə məcbur qalması səbəbindən bəzi vaqonları aşıb. İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, birinci qatarda 317, ikincidə isə 100 sərnişin olub. Qəza yerinə beş mobil reanimasiya, logistika dəstəyi və dörd təcili yardım göndərilib. Adamuz bələdiyyəsində səhra xəstəxanası qurulub və 37 əsgər hadisə yerinə cəlb olunub. Eyni zamanda, ətraf sakinlər sərnişinlərə isti geyim və qida yardımı ediblər. İspaniya Baş naziri Pedro Sançez sabaha planlaşdırdığı proqramını ləğv edib. O, “X” sosial şəbəkəsindəki yazdığı paylaşımdaında, “Adamuzda relsdən çıxan iki yüksək sürət qatarı ilə bağlı qəzanı yaxından izləyirik. Hökumət digər müvafiq orqanlar və təcili yardım xidmətləri ilə birlikdə sərnişinlərə yardım göstərir".

İş olmayacaq günlər açıqlandı - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Sozcu.az xəbər verir ki,həmin qərara əsasən sabah Azəraycanda iş günü deyil.Bu, 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədardır. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn Günü; 8 Mart – Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 20, 21 mart -– Ramazan bayramı; 9 May -– Faşizm üzərində Qələbə günü; 27, 28 may – Qurban bayramı; 28 May – Müstəqillik Günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

Sabah metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Sozcu.az-a Bakı Metropoliteni QSC-dən bildirilib. Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Rusiyanın Novosibirsk vilayətində məhkəmə icraçıları üç gün ərzində ölkəyə giriş və ya qalma qaydalarını pozan 97 əcnəbini deportasiya edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin region üzrə Baş İdarəsi məlumat yayıb. Məlumata görə, onların arasında Özbəkistan (41), Tacikistan (29), Qırğızıstan (16), Azərbaycan (7) və Qazaxıstan (4) vətəndaşı var. Qanuna görə, onlar beş il ərzində Rusiyaya qayıda bilməyəcəklər.

AB Trampa qarşı cavaba hazırlaşır: 93 milyard avro...

AB ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün Amerikaya qarşı sərt tədbirlərə, o cümlədən 93 milyard avroluq tariflərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” diplomatlara və rəsmilərə istinadən yanvarın 18-də Brüsseldə 27 AB ölkəsinin nümayəndələrinin təcili görüşündən sonra məlumat yayıb. “Üç saatlıq müzakirə zamanı diplomatlar gələn həftə Vaşinqtonla danışıqların həll yoluna gətirib çıxarmayacağı təqdirdə Trampa qarşı konkret variantlar hazırlamağın vacibliyini vurğulayıblar. Avropa Şurasının Prezidenti Antonio Koşta da bu həftə AB sammiti çağırmaq niyyətindədir. 93 milyard avro dəyərində cavab tarifləri də tətbiq oluna bilər. Alternativ olaraq, Amerika banklarının fəaliyyətini məhdudlaşdıracaq, patentləri etibarsız hala gətirəcək və ya proqram təminatından və yayımdan əldə edilən gəliri əngəlləyən bir anti-məcburiyyət alətindən istifadə etmək olar. AB-nin arsenalında diplomatik və iqtisadi tədbirlər də daxil olmaqla geniş seçim var və bunlardan bəziləri ictimai müzakirə mövzusu deyil”, - mənbə bildirib.

Qoca Səmədovun oğlu həbs edildi

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov həbs edilib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, Z.Səmədov tanışını güllələməkdə təqsirləndirilərək saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb və Z.Səmədov barəsində Yevlax Rayon Məhkəməsinin qərarına əsasən üç ay həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Yevlax rayonun İsmayılabad kəndində Zaur Səmədov qeydiyyatda olan ov tüfəngindən xuliqanlıq niyyəti ilə 46 yaşlı tanışının ayaq nahiyəsinə atəş açaraq ona xəsarət yetirib. Qeyd edək ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Q.Səmədov 2019-cu ildə həbs edilib. O, 2023-cü ildə xəstəliyi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılıb və bir neçə aydan sonra vəfat edib.

Polkovnik-leytenant vəfat etdi

Polkovnik-leytenant Sakit Niftiyev vəfat edib. Sozcu.az Oxu.a-a istinadla xəbər verir ki, görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. Xatırladaq ki, Sakit Niftiyev I Qarabağ müharibəsinin qazisi olub. O, müharibədən sonrakı illərdə orduda xidmət edib. Sonra isə ehtiyata buraxılıb.

Bu rayonlara intensiv qar yağır

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir. Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir. Düşən yağıntının miqdarı Cəlilabadda 38, Astarada 37, Lənkəranda 32, Neftçala və Cəbrayılda 16, Beyləqan və Yevlaxda 14, Mingəçevirdə 13, Ağdam və Tərtərdə 12, İmişli və Zərdabda 10, Xaçmaz və Balakəndə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamananda Bərdədə 8, Oğuz və Naftalanda 7, Kürdəmir, Biləsuvar və Şərurda 6, Ağstafa, Şabran, Sabirabad və Gəncədə 5, Şəmkirdə 4, Goranboy, Tovuz və Göyçayda 3, Şəmkir və Şirvanda 2, Daşkəsən və Naxçıvanda 1 mm-dir. Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənir. Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi

Yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Sozcu.az xəbər verir ki, xüsusilə sərt döngəli və enişli hissələrdə bəzi nəqliyyat vasitələri yolda qalıb, yol-nəqliyyat qəzaları qeydə alınıb. Sürücülərə hava şəraitini nəzərə almaq tövsiyə edilib.