Qarabağ qazisindən Ali Baş Komandana müraciət: “İnanıram mənə mərhəmət göstərəcəksiz”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

1973-cü ildə Yardımlı rayonunda müəllim ailəsində doğulmuş, ehtiyyatda olan zabit, 1-ci Qarabağ müharibəsi veteranı, müstəqil jurnalist, Yeni Azərbaycan Partiyyasını üzvü Bədirov Fizuli Xanəhməd oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Yazaraq Siz cənabların nəzərinə çatdırmaq istəyirəm ki, mən ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda gedən haqlı mübarizənin iştirakçılarından olmuşam. Ölkəmizin çətin anlarında məndə sıravi bir Azərbaycanlı kimi müstəqilliyimizin qorunmasında fəal iştirak etmişəm. 1-ci Qarabağ müharibəsində sıravi əsgər kimi vətənimizin düşmən işğalından azad olunmasında bütün varlığımla vuruşmuşam. 1992- 1996 -cı ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbini oxuyub, 1996-2002-ci illər ərzində Azərbaycan silahlı qüvvələrində zabit kimi müxtəlif vəzifələrdə xidmət keçmişəm. Xidmətdə olduğum zaman ərzində suverenliyimizin və dövlətçiliyimizin qorunmasında hər zaman şəhid olmağa hazır olmuşam.

Hər zaman Siz cənabların və rəhmətlik Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən xarici və daxili siyasətini tam səmimiyyətimlə dəstəkləmişəm. 1998-ci ildə prezident seçkiləri dönəmində seçiciləri ilə görüşü çərçivəsində rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev zabit kimi xidmət etdiyim en saylı hərbi hissədə görüşü zamanı məndə rəhmətlik Ulu Öndərimizlə görüşmək və onun əlini tutmaq şərəfinə nail olmuşam. Çətin zamanlarda Ulu Öndərimizlə bir yerdə olmaq və onun uğurlu siyasi kursunu müdafiə etmək, Ulu Öndərimizin ölkəmizə və xalqımıza nə qədər lazım olduğunu tabeçiliyimdə olan şəxsi heyyətə çatdırmağı özümə hərbi borc olduğunun fərqində olmuşam.

Cənab Prezident!

Mən hal-hazırda müstəqil jurnalistika ilə məşğulam. “Azərbaycanreallığı.com” və “Sozcu.az” xəbər portallarında siyasi analitik yazılarımla çıxış edirəm. Həmişə olduğu kimi indi də məqalələrimin mahiyyətini əsas olaraq dövlətçiliyimizin müdafiəsi təşkil edir. Mən bir vətənpərvər kimi yaxşı anlayıram ki, Sizin ölkəmizin suverenliyinin qorunmasında göstərdiyiniz xidmətləri müdafiə etmək vəzifə borcumuzdu.

Cənab Prezident!

Mən iki övlad atasıyam. Böyük övladım univerisitet tələbəsi, kiçik övladım isə 8-ci sinif şagirdidir. Yoldaşım evdar qadıındır və heç yerdən gəlir mənbəyi yoxdur. 20 ildir ki, evim olmadığından ailəm qaynata evində məskunlaşıb. Müasir mənzil bazar qiymətlərin nəzərə alsaq mən ömrümün sonuna qədər mənzil sahibi olmaq imkanlarım sıfıra bərabərdir. Açığı deyim ki, çox ağır sosial durumda yaşayıram. Yaşadığım 34 kvadratlıq qaynata evində mənim ailəmdən başqa qaynatam, qaynanam və eplepsiya xəstəsi olan qaynım yaşayır.

Cənab Prezident!

Mən bir Qarabağ döyüşçüsü ,ehtiyyatda olan zabit, müstəqil jurnalist və ən önəmlisi bir valideyin kimi yazıb Siz cənablardan artıq dərəcədə xahiş edirəm ki, mənim düşdüyüm çox acınacaqlı sosial durumumu nəzərə alıb, mərhəmətinizdən və humanistliyinizdən istifadə edib mənzil şəraitimin yaxşılaşması üçün məni mənzillə təmin edəsiniz. Mən sıravi bir vətandaş olaraq inanıram ki, Siz cənablar mənə mərhəmət göstərərək məni mənzillə təmin edəcəksiniz.

İmza: Fizuli Bədirov.

Tel.: 050-321-76-87

 

Facebook Comments