Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir

Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olur.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM-in sədri Türkmənistanın və Tacikistanın da TÜRKPA-ya daxil olmasını arzuladığını bildirib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. (modern.az)

Facebook Comments