“Real”ın futbolçusu Rafael Varanın “Mançester Yunayted”ə keçidi rəsmiləşmək üzrədir.
Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı müdafiəçi Mançester təmsilçisində bu həftə tibbi müayinədən keçəcək. Daha sonra onunla 4+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, bu transfer üçün “Mançester Yunayted”in “Real”a 41 milyon funt sterlinq ödəyəcəyi bildirilir.
Facebook Comments