Fernando Torres “Atletiko”ya qayıtdı – Rəsmi

“Atletiko”nun sabiq hücumçusu Fernando Torres Madrid klubuna qayıdıb.

Sozcu.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu paytaxt təmsilçisinin U-19 komandasını çalışdıracaq.

Qeyd edək ki, Torres bu ilin əvvəllərində “Atletiko”nun ikinci komandasında məşqçi kimi işləyib. O, futbolçu karyerası ərzində “Atletiko”, “Liverpul”, “Çelsi”, “Milan” və Yaponiyanın “Saqan Tosu” komandalarında oynayıb.

Facebook Comments