Karlos Bakkanın yeni klubu

Kolumbiya millisinin sabiq futbolçusu Karlos Bakkanın yeni klubu bəlli olub.

Sozcu.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını “Qranada”da davam etdirəcək. La Liqa klubu Bakka ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Milan” və “Sevilya” kimi klublarda da çıxış edən Karlos son olaraq “Vilyarreal”da oynayıb.

Facebook Comments