ABŞ-dan Kubaya xəbərdarlıq: Ciddi səhvdir!

Kuba hakimiyyətinin etirazların arxasında ABŞ-ın dayanması ilə bağlı açıqlaması ciddi səhvdir.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Bu ondan xəbər verir ki, onlar (Kuba hakimiyyəti – red.) kubalıların səsini eşitmir”, – deyə Blinken bildirib.

Amerikalı rəsminin sözlərinə görə, Kuba əhalisi artıq repressiyalar, qida çatışmazlığı, pandemiyaya qarşı qeyri-adekvat addımlardan yorulub.

Qeyd edək ki, dünən Kubada etiraz aksiyaları başlayıb. Etirazçılar seçkinin keçirilməsi və sosial problemlərin həllini tələb ediblər.

Kuba hakimiyyəti ölkədəki kommunistləri etirazçılara qarşı çıxmağa səsləyib.

Facebook Comments