Diversantları istintaq etdiyimiz vaxtda Ermənistan İstintaq Komitəsinin sədri Xankəndinə gəldi-FOTO

İyulun 6-da Azərbaycan Respublikasının Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində quyruq bulayan separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Ayk Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sozcu.az xəbər verir ki, bu barədə Xankəndi və İrəvandakı nəşrlər məlumat yayıb.

Laçın dəhlizindəki Rusiya hərbçilərinin razılığıyla Azərbaycan dövlət sərhədini pozaraq Xankəndinə gəlmiş erməni nazirlə görüşdə qondarma separatçı xunta ilə “Ermənistan Respublikasının müvafiq strukturları arasında qarşılıqlı əlaqələrin və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib”.

Xatırladaq ki, hazırda Azərbaycan Respublikasının paytaxtı Bakıda 10 Noyabr razılaşmasından sonra torpaqlarımızda terror aktları törədərkən həbs edilmiş bir qrup erməni diversantının istintaq və məhkəməsi davam edir. Separatçı rejim başçısı Araik Arutyunyan isə 9-cu aydır ki, Azərbaycan dövləti tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.(moderator.az)

 

Facebook Comments