“Putinin icazəsi olmadan Köçəryan hansısa generala “atəş!” əmri verdirə bilməz…”

“Əslində təcrübəli və hiyləgər keçmiş Ermənistan başçısı tərəfdarlarını düzgün etdi küçələrə səsləmədi. Çünki əgər belə etsəydi, sonu gələcəkdi…”

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın növbədənkənar parlament seçkilərindəki qələbəsindən sonra Qarabağ klanının, o cümlədən terrorçu eks-prezidentlər Robert Köçəryan və Serjik Sərkisyanın səsi batıb. Görəsən, ağaları Moskvanın əmri belədir, yoxsa hakimiyyətə qarşı növbəti hücuma hazırlıq görürlər?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bunları deyib:

“Qarabağ klanı seçkilərdən sonra hələki susub. Görünür, başqa gözlənilməz gedişlər planlaşdırırlar. Seçkilərin nəticələrindən narazı qalan terrorçu eks-prezident Robert Köçəryan qanuni yolla məsələni həll etmək istəyir və buna görə də məhkəməyə müraciət edib. Köçaryan özü dedi ki, biz seçkilərdən sonra tərəfdarlarımızı küçələrə səsləmədik, qanun yoluyla həll edəcəyik hər şeyi. Əslində təcrübəli və hiyləgər keçmiş Ermənistan başçısı tərəfdarlarını düzgün etdi küçələrə səsləmədi. Çünki əgər belə etsəydi, sonu gələcəkdi. Yəni icazəsiz mitinq və ya zorakılıqla nəticələnmiş aksiyaların təşkilatçısı kimi Paşinyana bəhanə verəcək və həbs olunacaqdı. İkincisu, Köçəryan yaxşı başa düşdü ki, Kreml ona seçkilərdə tam dəstək verməyib və hələki Ermənistanı Paşınyanın idarə etməsini istəyir…”

“Qarabağ klanının, xüsusən Köçəryanın öz dayaqlarından yararlanaraq yenidən fəallaşıb Qarabağda və ya Azərbaycanla sərhəddə gərginlik yaratmaları mümkündürmü” sualını isə siyasi analitik belə cavablandırıb:

“Bəli, eks-prezidentlər Serjik Sərkisyan və Robert Köçəryanın Yuxarı Qarabağdakı separatçı rejim daxilində, az da olsa, tərəfdarları var. Ancaq düşünmürəm ki, onların dayaqları proseslərə təsiredici qədər güclüdür. O da var ki, Azərbaycan-Ermənistan sərhədlərində hər zaman, hər an gərginlik yaşana bilər. Lakin bu gərginliyi Köçəryan və ya Sərkisyan yox, Moskva təşkil edə bilər. Yəni Qarabağ klanının buna gücü yetsə belə, Putinin icazəsi olmadan Köçəryan və ya Sərkisyan hansısa generala, komandirə “atəş!” əmri verdirə bilməz…”

Facebook Comments