“Azərbaycan XİN Rusiyaya mədəni sürətdə xatırlatmalıdır ki, Azərbaycan-Ermənistan sərhədinin…”

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Rusiya sərhədçiləri artıq Ermənistanla Azərbaycan sərhədinin Zəngəzur hissəsində xidmətə başlayıblar. Bu İrəvanın Moskvadan xahişi, daha doğrusu çoxsaylı yalvarışlarıdır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq qeyd edib ki, ermənilər özlərinə sual verməlidirlər ki, niyə ölkələrinin sərhədlərini Rusiyanın hərbçiləri qoruyur:

“Ermənistan öz tərəfində kimi istəyir yerləşdirə bilər, sadəcə erməni siyasətçilərdən və ictimai xadimlərdən biri özünə və cəmiyyətinə sual verməlidir ki, onlar bu illərdə “qurduqları” hansı dövlətdən danışırlar ki, ölkələrinin sərhədlərini də (Türkiyə, İran və Azərbaycan) başqa dövlətin – Rusiyanın hərbçiləri qoruyur?”

“Bu arada, Azərbaycan XİN-nin açıqlamasına ehtiyac var ki, Rusiyaya mədəni sürətdə xatırladılsın ki, Azərbaycan-Ermənistan sərhədinin tamamı müəyyənləşəndən sonra həmin hissələrdə başqa dövlətin sərhədçiləri xidmətə başlaya bilər. Misal üçün biz sərhəddə Qara gölün tamamına iddialıyıq, çünki bizə aiddir. İndi Rusiya sərhədçiləri sərhədin həmin hissəsində harda xidmət keçməyi planlaşdırırlar?”, – deyə E.Şahinoğlu fikirini tamamlayıb.

Facebook Comments