Kim Çenin bacısı: ABŞ bizimlə dialoqa ümid etməsin

ABŞ-ın Şimali Koreya ilə dialoqunun yenilənməsinə ümidlər yalandır və böyük təəssüfə səbəb olur.

Sozcu.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Kim Yo Çjon deyib.

“ABŞ, görünür, mövqeyimizi interpretasiya edir ki, özünü sakitləşdirsin. Müstəqil şəkildə alınan yalan gözləntilər onları daha böyük təəssüfə gətirəcək”, – deyə o bildirib.

Facebook Comments