Paşinyan: KTMT istiqamətində addımlayacağıq

Ermənistan Avrasiya İttifaqı və KTMT ilə münasibətləri inkişaf etdirmək niyyətindədir.

Sozcu.az xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasının sədri, baş nazir Nikol Paşinyan deyib.

Paşinyan təkcə Rusiya Prezidenti Vladimir Putinə yox, həm də Rusiya baş naziri Mixail Mişustinə, Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Cozef Baydenə, İran Prezidenti Həsən Ruhaniyə, Gürcüstan baş naziri İrakli Qaribaşviliyə, Avropa Komissiyasının sədri Şarl Mişelə Ermənistana verdiyi dəstəyə görə təşəkkür edib.

O, Ermənistanın bundan sonra da KTMT və Avrasiya İttifaqı istiqamətində irəlləyəcəyini bildirib.

Facebook Comments