Final Londondan alınıb bu şəhərə verilə bilər – “Avro-2020”

“Avro-2020”nin finalının məkanı Londondan Budepeştə dəyişdirilə bilər.

Sozcu.az xəbər verir ki, bu haqda Britaniyanın “The Times” nəşri məlumat yayıb. Qeyd edilir ki, İngiltərə koronavirus pandemiyası səbəbindən stadionun daha çox dolmasına zəmanət verə bilməyəcəyi halda UEFA-nın belə bir qərar verəcəyi istisna edilmir. Budepeşt isə bu təminatı verir. Ümumiyyətlə, “Avro-2020” zamanı Macarıstan paytaxtındakı oyunlarda tribunaların 100 dolmasına icazə var. Londonda isə “Uembli” stadionunun maksimum 22 faizinə tamaşaçı buraxılır.

Qeyd edilir ki, məsələ ilə əlaqədar qitənin futbol qurumu artıq Böyük Britaniyanın Baş naziri Boris Consonu məlumatlandırıb və hökumətdən konkret addım gözləyir.

Facebook Comments