ABŞ-da polis zorakılığına etiraz edənlərə hücum: ölən var

ABŞ-ın Minnesota əyalətində polis zorakılığına etiraz edən 40-50 nəfərlik qrupun üzərinə maşınla hücum edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Minneapolis Polis Şöbəsi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qeyd edək ki, hücumun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Facebook Comments