“Mina xəritələrinin təhvil verilməsi prosesində iştirakımız Azərbaycanla tərəfdaşlığımızın nümunəsidir” – Səfir

“Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadiləsi çox vacib humanitar addımdır. Biz bunu alqışlayırıq”.

Sozcu.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Film Festivalının açılışı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu prosesdə Avropa İttifaqı da iştirak edib.

“Ancaq təbii ki, ən önəmli işi Azərbaycan və Ermənistan görüb. Bu prosesdə iştirakımız Azərbaycanla tərəfdaşlığımızın nümunəsidir. Bizim tərəfdaşlığımızın siyasi aspekti regionda sabitlik, sülh və inkişafı əsas götürür. Bu siyasi əməkdaşlıq mədəni, humanitar əməkdaşlıqla bir arada olmalıdır”, – deyə diplomat vurğulayıb.APA

Facebook Comments