“Ermənistandakı 4 minə yaxın əsirimiz və Xocalı qatilləri də yaddan çıxmasın…”

“Onlar da insandır və onları hələ də gözləyən on minlərimiz var…”

3 cümlə ilə bir “atəş”…

Çox şükürlər olsun ki, nəhayət, ən çox minalanmış rayonlarımızdan birinin –Ağdamın mina formulyarlarını əldə etdik – 15 erməni diversantının əvəzində…

Böyük siyasi-diplomatik və humanitar bir uğurdu, Ağdamın bərpa prosesi zamanı, bəlkə də yüzlərlə insanımızın həyatını öncədən sığortalamış olduq və ara yerdə küncə sıxılmış Paşinyanı da sevindirdik; amma kaş, bu xəritələri Bakıda rahat şəraitdə saxladığımız o quldurları vermədən, başqa yolla əldə edə biləydik…

Bir də unutmayaq ki, qəsbkar və terrorçu Ermənistandan 30 ilə yaxındır, öldüsü-qaldısı bilinməyən, daim amansız işgəncələr altında, qeyri-insani şəraitlərdə saxlanılmış, son həddə qədər alçaldılmış 4 minə yaxın əsirimizin, itkinimizin (o cümlədən 71 uşaq, 267 qadın, 326 qoca) hesabını daim sormalı və onların əsir düşməsinə, amansız işgəncələrə məruz qalmasının təşkilatçı və icracılarının, o cümlədən Köçəryan, Sərkisyan, Ohanyan kimi Xocalı qatillərinin cəzalandırılamasına, əsirlərimiz haqda dəqiq məlumat verilməsi, sağ qalanlarının özlərinin, həlak olanların, heç olmasa, cəsəd qalıqlarının geri qaytarılmasına nail olmalıyıq; onlar da insandır və onları hələ də gözləyən on minlərimiz var…moderator

Sultan Laçın

Facebook Comments