“İcra başçısına dedim ki, adamları qəbul etməsən, and olsun Allaha, səni dünyayla bir edəcəm”

“Qənirə xanım Paşayeva düz deyir, məmurlar yerlərdə insanları qəbul etmir. İnsanlar problemlərinə görə küçələrə tökülüb. Bu məmurlar insanların dərdinə şərik olmaq istəmirlər”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. O, yerlərdə vətəndaşlar tərəfindən çoxsaylı şikayətlərin olduğunu bildirib:

“Qənirə xanım Paşayeva düz deyir, məmurlar yerlərdə insanları qəbul etmir. İnsanlar problemlərinə görə küçələrə tökülüb. Bu məmurlar insanların dərdinə şərik olmaq istəmirlər. Heç onlara quru bir söz deməyi belə qıymırlar. Bizim Gədəbəyin icra başçısı var, insanları qəbul edir, problemləri ilə maraqlanır, şəhid ailələrinə baş çəkir. Mən ona dedim ki, insanları qəbul etməsən, and olsun Allaha ki, səni dünyayla bir edəcəm. Düzdür, şikayətlər də var və bunu da edən onun ətrafındakı balaca padşahlardı. Amma həqiqəti də demək lazımdı. Bəzən vətəndaş gəlib icra başçısına deyir ki, evimə telefon çəkdirin. Bu onun işi deyil axı, buna cavabdeh olan qurumları problemi həll etsə, icra başçısından da o qədər narazılıq olmaz”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva deyib ki, vətəndaşlar bəzi məmurların qəbuluna düşə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adlarını açıqlayacaq.

Facebook Comments