Türkiyə yeni əməliyyata hazırlaşır? – Xəbərdarlıq

Mahmur düşərgəsi (İraqda) artıq qaçqın sığınacağı olmaq təyinatından çıxaraq PKK-çıların təlim mərkəzinə çevrilib.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırda mərkəzi hakimiyyətin tabeliyinə keçib. Buradakı problemi İraq hökuməti həll etməlidir. Ətrafında dağlar var, burada da PKK-nın yerləşdiyi məlumdur.

Düşərgədə giriş-çıxışlara PKK nəzarət edir. BMT-yə lazımi məlumatlar çatdırmışıq. “BMT-nin heç bir günahı yoxdur” demək istəmirəm. Biz deyirik ki, burada təmizlik aparmalısınız. Siz edə bilmirsinizsə, biz edək. Nəticədə Mahmur bir terror düşərgəsidir. Təmizlənməlidir! Biz dinc sakinlər barəsində hər kəsdən daha çox həssasıq”, – deyə XİN rəhbəri bildirib.

Facebook Comments