Germidə təqaüdçü müəllim həbs olunub

Yas yerində İranda keçiriləcək seçkilər barədə danışan və əhalinin seçkilərdə iştiraka dəvət edən mollaya İsa Xəbiri etiraz edib və onu mövzudan qırağa çıxmamağa çağırıb.

İyun ayının 6-da Güney Azərbaycanın Germi şəhərində yas mərasimini aparan mollanın şikayəti əsasında vəfat edən şəxsin əmisi oğlu, təqaüddə olanmüəllim İsa Xəbiri həbs edilib.

Yas yerində İranda keçiriləcək seçkilər barədə danışan və əhalinin seçkilərdə iştiraka dəvət edən mollaya İsa Xəbiri etiraz edib və onu mövzudan qırağa çıxmamağa çağırıb.

Qısa müddət sonra təqaüddə olan müəllim İsa Xəbiri, mollanın şikayəti əsasında polis məmurları tərəfindən saxlanılaraq Germi şəhərinin həbsxanasına aparılıb.

Həbs olunan müəllimin ailəsinə yaxın şəxslərdən biri, onun əleyhinə verilən şikayətin “din xadimini təhqir ” iddiası əsasında hazırlandığını bildirib.

Facebook Comments