Türkiyə 6 ildə 18 mindən çox terrorçunu məhv edib – Akar

24 iyul 2015-ci ildən indiyə qədər 18140 terrorçu zərərsizləşdirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“24 iyul 2015-dən etibarən terrorçuların əlçatmaz dedikləri hər yerə girilib. Bunların hamısı təmizlənib. Bu tarixdən bəri 18140 terrorçu zərərsizləşdirilib. 23 apreldə başlayan Pəncə-Şimşək və Pəncə-İldırım əməliyyatları planlaşdırıldığı kimi uğurla davam edir. Aprelin 23-dən bəri Suriya və Şimali İraqda ümumilikdə 352 terrorçu zərərsizləşdirilib”, – məlumatda bildirilib.

Facebook Comments