Həmədanlı qadın idmançılardan böyük uğur: Ölkə yarışlarında 6 medal qazandılar

Yüngül atletika üzrə Ərak şəhərində 200 qadın idmançının iştirakı ilə keçirilən ölkə üzrə yarışlarda Həmədan komandası böyük uğur qazanıb.

İdmançılarımız 1 qızıl, 3 gümüş və 2 bürünz medal əldə ediblər.

Yarışların 10 km piyada yürüşündə Zeynəb Əhədi və Fatimə Şəbanlu Həmədan komandasına qızıl və gümüş medallar qazandırıb.

Sepidə Sarəmi və Məryəm Xoşniyyət 800 metr məsafədə iki gümüş, Fatimə Çinari 10.000 metr məsafədə və Səmira Zamani 1500 metr məsafədə 2 bürünc medal qazanıb.

Həmədan ölkə üzrə ən çox qadın idmançısı olan əyalətlərdən biri sayılır.

Hal-hazırda əyalətdə 30 min peşəkar qadın idmançı var.

Facebook Comments