“Azərbaycan Avrasiya İqtisadi Birliyinə və KTMT – yə üzv ola bilər” -POLİTOLOQ

“Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər. Bunu xeyli müddət əvvəl demişdim. Kremlin baş ideoloqu, Putinin akıl hocası Duqin də bunu açıq şəkildə etiraf edib”.

Sozcu.az xəbər veir ki, bunu politoloq Nəzakət Məmmədova deyib:

“Rusiyanın ölkəmizə qarşı bütün təzyiq və şantajları bu məqsədlə edilir. Yoxsa ki, sual çıxa bilər: Qarabağa qoşun yerləşdirilib, bir çox məsələlərdə Moskva ilə razılaşmadan addım atılmır. Rusiya daha nə istəyir ki, bundan artıq ermənilərlə birləşib Azərbaycana qarşı bu qədər qıcıqlandırıcı hərəkətlərə yol verir?! Ölkəmizdəki 5-ci kalon bunun üçün səfərbər edilib. Tacikistan və Qırğızıstan arasında insident Rusiyaya cənub sərhədlərinin güvənli olmaması mesajı oldu”.

ABŞ, Çin, İran kimi əjdahaların qarşısında dayanmaq Rusiya üçün müşkülə çevrilib , – deyən politoloq, hazırda bu istiqamətdə ən güvənli ölkənin Azərbaycan olduğunu bildirib:

“Azərbaycan olmadan Avrasiya olmaz. İngilislər, BP ilə Rusiya arasında neft məsələsində razılaşma olsa, ortada heç bir problem qalmayacaq. İngiltərə müharibənin başlamasına, rus qoşunlarının Qarabağa daxil olmasına imkan verdisə, Azərbaycanın AİB və KTMT-yə də girməsinə razı ola bilər. 1920-ci ildə necə imkan verdilər, indi də elə”.

Facebook Comments