Rusiya ilə bunlara hazırıq – G7

G7 ölkələri Rusiya ilə stabil və proqnozlaşdırılan münasibətlərdə maraqlıdır.

Sozcu.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin Londonda keçirilən görüşündə qəbul olunan bəyanatda bildirilib.

“G7 Moskva ilə regional böhranların və qlobal problemlərin həlli – iqlim dəyişikliyi, silahlanmaya nəzarət, dinc iqtisadi inkişaf və Arktikada ətraf mühitin qorunması mövzusunda əməkdaşlığı davam etdirmək niyyətindədir”, – məlumatda qeyd olunub.

Facebook Comments