Pentaqon: Bu, Türkiyə-ABŞ hərbi əlaqələrinə təsir etməyəcək!

Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırması Türkiyə-ABŞ hərbi əlaqələrinə təsir etməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.

“Türkiyə ilə hərbi əməkdaşlıqda hər hansı dəyişikliyin olmasını gözləmirik. Türkiyə NATO müttəfiqidir və burada önəmli bir müttəfiqdir. Müxtəlif sahələrdə də əlaqələri davam etdiririk. Prezidentin həftə sonu verdiyi açıqlamanın bu əlaqələrə təsir etməyəcəyini düşünürük”, – deyə Kirbi bildirib.

Facebook Comments