“Ərazi bütövlüyümüzün bərpa edilməsi üçün dövlət və millət səfərbər olmalıdır”

ABŞ prezidenti Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib və erməni genosidini tanıyacağını deyib. İllərdir ki, Bayden və ətrafındakılar buna hazırlaşırdı. Türkiyənin cavabının necə olacağı hələlik məlum deyil. Xüsusi etiraz gözlənilmir, sadəcə soyuqluq yaranacaq. Bir müddət üçün.

Artıq Amerika telekanalları, xüsusilə Bloomberg bu barədə ağız dolusu danışırlar. Ermənilər geniş təbliğat kampaniyasına başlayacaqlar. Qarabağ məğlubiyyətindən sonra ermənilərin dirçəlməsi üçün fürsət oldu bu iş.

Bu işin Qarabağ məsələsinə də təsiri böyük olacaq. Putinin xeyrinə oldu bu iş. Rusiya status məsələsini bu günlərdə qabartmağa başlayacaq. Əvvəlcə qeyri-rəsmilərin dili ilə, sonra da özü.

Müharibədən sonra hər zaman Qarabağla bağlı maraqlarımıza cavab verəcək addımların atılmasının sürətləndirilməsini vurğulayırdım. Hələ nələr olacaq bu dünyada və bizim işimizə necə təsiri olacaq.., böyük suallar altındadır.

Yasa batmaq lazım deyil, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün dövlət və millət səfərbər olmalıdır.

İlham İsmayıl

Facebook Comments