General Rüstəm Muradov Qarabağdakı xidmətlərinə görə Kremldən təzə orden aldı?..

Artıq 6-cı aydır – 2020-ci il noyabrın 10-dan Azərbaycanın keçmiş Dağlıq Qarabağ və Laçın dəhlizi ərazisində müşahidə aparan Rusiya Ordusunun sülhməramlı missiyanın komandanı olan general-leytenant Rüstəm Muradovun yeni bir ordenlə mükafatlandırılması haqda informasiya yayılıb.

Sozcu.az xəbər verir ki, bəzi erməni nəşrlərini yazdığına görə, bir neçə gündür Moskvada olan R.Muradov dünən – aprelin 21-də “Vətən qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

“Görünür, Rusiya hakimiyyəti onun Qarabağdakı xidmətindən razı qalıb və Muradovu işinə görə qiymətləndirməyə qərar verib” – xəbərdə belə deyilir.

Xatırladaq ki, Rusiyanın Federasiyaslı Qəhrəmanı olan R.Muradov bundan öncə 6 orden və 3 medal alıb…

P.S….

Sultan Laçı

moderator.az

Facebook Comments