Türkiyədə buraxılış sinifləri və uşaq bağçalarından başqa onlayn təhsil davam edəcək

Türkiyədə buraxılış sinifləri və məktəbəqədərki qurumlardan başqa bütün şagird və tələbələrin təhsili onlayn olaraq davam etdiriləcək.

Sozcu.az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bunu bildirib.

“İmtahan ərəfəsində olan 8 və 12-ci siniflər ilə məktəbəqədər təhsil müəssisələrindən başqa bütün səviyyələrdə təhsil distan davam etdiriləcək”, – deyə Ərdoğan bildirib.

Facebook Comments