“Ermənilərin əlində imkan olsaydı, nəinki torpaqlarını, türk millətini yer üzündən silərdi”

“Ermənilərin əlində imkan olsaydı, türk millətini yer üzündən silərdi, nəinki onların meşələrini və yaxud da torpaqlarını talan ediblər”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib. Yazıçı deyib ki, biz həmişə düşmənin məkrli planlarına hazırlıqlı olmalıyıq:

“Ermənilərin əlində imkan olsaydı, türk millətini yer üzündən silərdi, nəinki onların meşələrini və yaxud da torpaqlarını talan ediblər. Bu erməni xislətidi, xəstəliyidi, bunu dəfələrlə qeyd etmişik. Onların öz verilişlərinə baxırsınızsa, izləyirsinizsə, onlar deyirlər ki, bizi uşaqlıqdan türklərə qarşı nifrət hissi ilə böyüdüblər. Nifrət hissiylə böyüyən ermənidən nə gözləmək olar ki? Təbii ki, ürəkağrıdıcı bir şeydir. Həmişə demişəm ki, biz heç nəyə arxayın olmalı deyilik. Onların məkrli planları həmişə öz içlərindədir, yeri gələndə yağlı dillərini işə sala bilərlər”.

E.Hüseynbəyli qarşıdakı günlərdə bir qrup yazıçının da işğaldan azad edilən ərazilərə səfər edəcəyini bildirib:

“Bizim də o yerlərə səfərimiz planlaşdırılır. Azərbaycan Yazıçılar Birliyi artıq müvafiq qurumlara müraciət edib. Rəsmi icazə olarsa, biz də yəqin ki, yığcam bir qrupla işğal olumuş ərazilərimizə gedəcəyik. Hətta kadrlardan da əvvəl təsəvvür edirdik ki, o yerlər nə günə düşə bilər. İnşallah gedib qayıdandan sonra fikirlərimizi daha canlı ifadə edərik”.

Qeyd edək ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəttiylə jurnalistlərin Qubadlı və Cəbrayıla səfəri başlayıb. Nazir müavini Firdovsi Əliyev deyib ki, ermənilər Qubadlıda meşələrin 50 faizini məhv edib.

Facebook Comments