“Bu, Rusiyanın Azərbaycana qarşı törətdiyi beynəlxalq hərbi cinayətin sübutudur” – Arif Hacılı

“ANAMA Şuşa yaxınlığında partlamış, beynəlxalq müqavilələrə görə xaricə satılması qadağan olunmuş “İskəndər M” raketlərinin fraqmentlərini aşkar edib. Ermənistan ordusunun hərbi arsenalında Rusiya istehsalı olan “İskəndər M” raketləri və bu raketləri atmaq üçün müvafiq hərbi qurğular yoxdur. Bütün bunlar Rusiyanın Ermənistana yalnız hərbi-siyasi dəstək verməklə kifayətlənmədiyini, bu ölkənin ərazisində olan hərbi bazası vasitəsi ilə 44 günlük Qarabağ müharibəsində birbaşa iştirakını təsdiq edir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, bu, həm də Rusiyanın Azərbaycana qarşı törətdiyi beynəlxalq hərbi cinayətin sübutudur: “Aşkar olunan faktlarla bağlı Rusiyadan izahat tələb etmək, məsələni beynəlxalq qurumların müzakirəsinə çıxartmaq Azərbaycan hakimiyyətinin borcudur”.

Facebook Comments