Ölkədə hamı Nəcməddin Sadıkovu axtarır, o isə Dubayda 44 günün stresini atırmış… – VİDEO

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun yeni görüntüsü yayılıb.

Sozcu.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, general Dubayda istirahət edir.

Azərbaycan Müdafiə Nazirliyi bu il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb.

N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

Facebook Comments