Metro niyə açılmır?

Prezidentin köməkçisi Şahmar Mövsümov pandemiya dövründə metronun fəaliyyətinə nə vaxt icazə verilə biləcəyi haqda jurnalistlərin sualını cavablandırıb.

Sozcu.az-ın xəbərinə görə, Ş. Mövsümov bildirib ki, növbəti yumşalmalar zamanı buna baxıla bilər: “Buna da yoluxma statistikasına uyğun olaraq baxılacaq. Metroda hərəkət ictimai aktivliyi artırır, insanlar arasında ünsiyyət intensivləşir”.

Facebook Comments