Kosovo dövlətinin yaranması və Dağlıq Qarabağla oxşar xüsusiyyətləri

  MÜƏLLİF: ORXAN ALLAHVERDİYEV

 Mövzuya Giriş.Problemin qoyuluşu

Kosovo Avropanın ən gənc ölkəsidir.2008-ci ildə Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edən bu dövlət 100-dən çox dövlət tərəfindən tanınsada müstəqilliyini tanımayan Respublikalardan biridə Azərbaycandır.Bunun səbəbi isə Kosovonun Dağlıq Qarabağla oxşarlıq təşkil etməsi,münaqişəli ərazi zonası hesab olunmalarıdır(M-O.A) 2020-ci ilin 2-ci Qarabağ müharibəsindən sonra 9 maddədən ibarət 10 noyabr kapitulyasiyası imzalanmışdır.Müqavilədən sonra Azərbaycan tərəfi münaqişəni tamamilə bitirdiyini iddia edir( www.bbc.com/azeri/azerbaijan-55546657.amp ) Lakin müqavilənin 1-ci və 3-cü maddələrinə əsasən Dağlıq Qarabağ ətrafı bölgələr azad olunsa da əsas münaqişə zonası Dağlıq Qarabağda status-kvo saxlanılmış,bölgəyə mandatsız Rusiya sülhməramlıları yerləşdirilmişdir( https://president.az/articles/45924 )

İctimai sektorda hökumətə bir çox şəxslərin tənqidi çıxışlarından sonra “Azərbaycan Naminə Alyans Partiyasının sədri” Abutalıb Səmədov Azərbaycan hakimiyyətinin atəşkəs bağlamaqla doğru addım atdığını və nəticədə Dağlıq Qarabağın Kosovoya çevrilməsinin qarşısını aldığını iddia etmişdi ( https://youtu.be/NndzkiOWfCw)

Rusiya prezidenti Vladimir Putin isə Dağlıq Qarabağ münaqişəsiylə bağlı müsahibəsində münaqişəni etnik qarşıdurma hesab etmiş,Sumqayıt hadisələrinə diqqət çəkərək münaqişəni 1988-ci ildə Azərbaycan tərəfinin başlatdığını,Qarabağın statusunun gələcəkdə müzakirə predmeti olacağını bildirmişdi.Rusiya Prezidentinin bu iddiasıda bir daha Dağlıq Qarabağda münaqişənin bitmədiyini,status-kvonun saxlanmasını təsdiq edir( Bax : https://youtu.be/ch4JF9wl6h4 )

Bəs Kosovonu Dağlıq Qarabağla bağlayan və ondan fərqləndirən hansı xüsusiyyətlər var? 2008-ci ilə qədər Serbiyanın tərkibində yerləşən Kosovo dövlətinin yaranması necə baş verdi ?

Dağlıq Qarabağ Kosovonun taleyini yaşaya bilərdimi ?

Bu tarixi-siyasi araşdırmamda Kosovonun tarixi həmçinin Dağlıq Qarabağ müharibəsiylə Kosovo müharibəsi arasında oxşar cəhətlər və bir sıra ciddi fərqlərin də olduğunu,irəli sürülən iddiaların əsasən yanlış olduğunu əsaslandırmağa çalışacağam

Kosovo münaqişəsinin tarixi və Kosovo dövlətinin yaranması prosesi

Kosovo Balkan yarımadasında bölgə eyni zamanda dənizə çıxışı olmayan müstəqilliyi qismən mübahisəli ölkədir. Şimal və şərqdə Serbiya,cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir.( https://az.m.wikipedia.org/wiki/Kosovo)

Hələ,1974-cü ildə Kosovo Yuqoslaviyanın tərkibində ilk dəfə geniş avtonom hüquqlar qazanmışdır.Yuqoslaviyanın tərkibində 6 müstəqil dövlət və Voyvodino ilə bərabər Kosovoda konstitusiyasını qəbul edərək Serbiyanın tərkibində geniş özünüidarə haqları əldə etmişdi.1980-ci ildə Titonun ölümündən sonra Kosovo gənclərinin bir qismi-Priştina Universitetinin tələbələri müstəqil Kosovo Cümhuriyyəti tələbiylə meydanlara çıxdılar.1981-1989-cu illər Kosovoda məhz siyasi istiqrarsızlıq dövrü hesab olunur( TDV İslam Ansiklopedisi,Kosovo )

1987-ci ildə Serbiya Kommunist partiyasının katibi vəzifəsinə qatı serb millətçisi olan və “Böyük Serbiya” arzulayan Slobodan Miloşeviç gəlmişdir.Yuqoslaviya və ya Bosniya vətəndaş qarşıdurmalarının yaranmasınında ən böyük günahkarı Miloşeviç və onun millətçi qrupu olmuşdur.Əhalisinin,60% Macar Vojvodino bölgəsini və 90%-i alban olan Kosovonu “dəmir yumruqla” idarə etmə düşüncəsi nəticədə böyük qarşıdurmaya və separatçılığın artmasına səbəb olmuşdur.1990-cu il Serbiya konstitusiyasına əsasən Kosovo və Veyovodino YSFR konstitusiyasının onlara verdiyi dövlət atributlarını itirərək yenidən muxtariyyətə çevrildilər.Miloşeviç Yuqoslaviya Federasiyasının tərəfdarı olduğunu bildirsədə digər dövlətlərdə yaşayan serblərin hesabına Serbiyanın sərhədlərini genişləndirməyə çalışırdı.1991-ci ildə heç bir serbin yaşamadığı Sloveniya müstəqilliyini elan edərkən belə istiqlaliyyətin qarşısını almaq üçün Sloveniyaya təcavüz etmiş,lakin Avropa Birliyi və xüsusilədə Almaniyanın sərt reaksiyasından sonra geri çəkilmişdir. ( Farih Armaoğlu.səh,467)

2 iyul 1990-cı ildə qovulan Kosovo Məclis üzvləri Kosovonun müstəqillik deklarasiyasını imzaladılar.1991-ci il 26-30 sentyabrda isə referendum keçirildi və Kosovalılar müstəqilliyin lehinə səs verdilər.24 may 1992-ci ildə isə Kosovoda çoxpalatalı parlament seçkiləri keçirildi və İbrahim Ruqova baş nazir seçildi.Növbəti seçkilər 1998,22 martda keçirildi və Ruqova yenidən hökumət başçısı seçilmişdi( TDV İslam Ansiklopedisi,Kosovo )

Bu zaman YİR-na sanksiyalar tətbiq edilməyə başlanmışdı.Yuqoslaviya İttifaq Respublikası Kosovo albanlarına qarşı mübarizəsini BMT-nin sanksiyaları altında davam etdirirdi.Serbiya hökuməti Kosovoya yeni hərbi qüvvələr göndərərək albanların azadlıq mübarizəsinin qarşısını almağa cəhd edirdi.Nəticədə,Kosovo albanlarının silahlı dəstələri 1996-cı ildə Haşim Thacinin rəhbərliyi ilə Kosovo Azadlıq Ordusunda birləşdilər.1998-ci ildə ATƏT-in nümayəndələrinin vasitəçiliyi ilə Parisdə Rambuye qəsəbəsində danışıqlar baş tutdu.Danışığın təşkilatçılarının təzyiqi ilə 5 bənddən ibarət hazırlanmış sənədi Kosovo albanları imzaladı amma Serbiya bu sənədə imza atmadı.Rambuye sazişi Kosovo albanlarına geniş siyasi muxtariyyət verilməsi və bu sazişdən irəli gələn vəziyyətləri xarici qoşunların nəzarət altında yerinə yetirilməsini nəzərdə tuturdu.1999-cu ilin mart ayında kı danışıqların ikinci turuda serblərin mövqeyi üzündən heç bir nəticə vermədi.Kosovada silahlı qarşıdurma isə getdikcə daha qanlı xarakter alırdı.Kosovo Azadlıq Ordusunu ləğv etmək üçün 1999-cu ildə YRİ bölgəyə 40 minlik Serb hərbi kontingenti göndərdi.Kosovo albanlarına qarşı qətliamlar həyata keçirildi.Hərbi əməliyyatlardan qaçan alban ailələri Albaniya və Makedoniya sonra isə İtaliyaya qaçaraq qaçqın düşərgələrində sığınırdılar.Bir ay ərzində ölkəni 900min müsəlman tərk etməyə məcbur qalmışdı.1999-cu il martın-24 də NATO YRİ-na qarşı “həlledici qüvvə” adı altında hərbi əməliyyatlara başladı.NATO tərəfindən Serbiya ərazisindəki hərbi obyektlər bombalandı.Hava limanları,körpülər dağıdıldı.Serbiyaya qarşı hərbi əməliyyat 78 gün davam etdi. Balkanlarda ciddi siyasi maraqları olan və hadisələri nəzarətdə saxlayan Rusiya NATO ilə əməkdaşlığı dayandırdı,Rusiya prezidenti B.Yeltsin Çernomıdrını aprelin sonunda Belqrada göndərdi.NATO-nun hərbi əməliyyatlarından sonra Miloşeviç sülhyaratma qüvvələrinin BMT bayrağı altında bölgəyə daxil olmasına razı olduğunu bildirdi.NATO qüvvələrinin Kosovaya daxil olmasıyla birlikdə qaçqın albanlar öz doğma yerlərinə qayıtdılar.Müharibə başa çatdı.Kosovo NATO və BMT-nin proteroktoratlığı altına keçdi.Müharibə nəticəsində 15min Kosovolı həlak olmuş,3min nəfər itkin düşmüş,5min nəfərin isə Serbiyaya əsir düşdüyü bildirilir (T.Baxşəliyev.səh,358-359)

10 iyun 1999-cu ildə NATO qüvvələri daxil olduqdan sonra UNMİK(Müvəqqəti İdarə Komitəsi) yayımladığı manifestdə 1974-cü ildə mövcud olan qanunların keçərli olduğu bildirildi.Kosovo yenidən geniş siyasi və hüquqi azadlıqlar əldə etdi.Bu Konstitusiyaya görə Kosovoda albanca,serbcə və türkcə rəsmi dil statusunda idi.UNMİK-in manifestində isə türkcə rəsmi dil kimi çıxarılmışdı.Əvəzində ingiliscə ərazidə rəsmi dil elan edildi ( B.Babayonuz.səh,22)

Bəzi pantürkistlər bu hadisəni qərb avantürası kimi dəyərləndirsələrdə,əhalisinin 1,1%-i türk olan bölgənin rəsmi dilinin türkcə olmaması təbii qəbul edilməlidir

28 sentyabr 2000-ci ildə UNMIK Kosovoda ilk rəsmi bələdiyyə seçkiləri keçirdi.17 sentyabr 2001-ci ildə isə parlament seçkiləri keçirildi.Hər iki seçkilərdə İbrahim Ruqovanın rəhbərlik etdiyi “Kosovo Demokrat Birliyi” (LDK) qalib gəldi.İbrahim Ruqova yenidən dövlət başçısı seçildi ( TDV İslam Ansiklopedisi,Kosovo )

Münaqişənin növbəti dəfə gərginləşməsi 2004-cü ildə baş vermişdir.”Mart ayaqlanmaları” adlanan toqquşmalarda 11 alban,8 serb həlak olmuşdur.Yüzlərlə nəfərdə yaralanmışdır( https://www.cnnturk.com/dunya/avrupanin-en-genc-ulkesi-kosova-11-yasinda)

2005-ci ilin noyabrında BMT Baş Katibi Təhlükəsizlik Şurası Kosovodakı vəziyyətlə əlaqədar Finlandiyalı diplomat,keçmiş Finlandiya prezidenti(1994-2000) Martti Ahtisaaridən bölgənin gələcək statusunu müəyyənləşdirmək üçün siyasi prosesə rəhbərlik etməsini istədi.16 aylıq danışıqla həll yolu tapmaq cəhdindən sonra Ahtisaari və UNOSEK qrupu 2007-ci ilin martın sonunda Kosovonun müstəqil dövlət olması təklifini BMT Baş Katibliyinə göndərdi.Serbiya və Rusiyanın sərt etirazlarına baxmayaraq Ahtisaarinin təklifi rasional qərar kimi dəyərləndirildi və Ahtisaari Namibiya(1989-1990),İndoneziya(2005) ,Kosovo münaqişəsindəki (2005-2008) fəal roluna görə nəticədə 2008-ildə Nobel sülh mükafatına layiq görüldü( https://www.nobelprize.org/prizes/peace/2008/ahtisaari/facts)

2008-ci il fevralın 14-də Kosovo özünün müstəqilliyini elan etdi.Ölkə konstitusiyası qəbul edildi.Konstitusiyaya görə Kosovo parlamentli unitar Respublikadır.Dövlətin başçısı parlament tərəfindən seçilən prezidentdir.Abş və Avropa dövlətlərinin bir hissəsi Kosovonun müstəqilliyini tanıdı.Serbiyanı müdafiə edən Rusiya,Çin,Hindistan və başqaları Kosovonun müstəqilliyini qeyri-qanuni hesab etmələrinə baxmayaraq 2014-ci ilə qədər 193 dövlətdən 108-i Kosovonu suveren və müstəqil kimi tanıdı ( T.Baxşəliyev.səh,361)

Kosovonun müstəqilliyini sonuncu tanıyan dövlət İsraildir.Əvəzində Kosovoda 2021-ci il martın-14 də Qüdsdə səfirlik açan ilk müsəlman olaraq tarixə düşdü( https://www.indyturk.com/node/330031/d%C3%BCnya/kosova-kud%C3%BCs%E2%80%99te-b%C3%BCy%C3%BCkel%C3%A7ilik-a%C3%A7an-ilk-m%C3%BCsl%C3%BCman-%C3%BClke-oldu)

2010-cu ildə Serbiya dövləti Kosovonun müstəqilliyini elan etməsinə etiraz edərək “Beynəlxalq Ədalət Məhkəməsinə” müraciət etsədə şikayəti təmin olunmadı.Bu zaman Serbiyalı diplomatlar şikayət ərizəsinin məzmununu doğru hazırlamamışdılar( https://youtu.be/cOl94VFC1ac)

2008-ci ildə Aİ Kosovodakı qanunun aliliyi missiyası(EULEX) polis,ədliyyə,gömrük funksiyalarını BMT-dən alaraq öz üzərinə götürdü.Sonradan Kosovonun öz qurumları inkişaf etdiyindən bir neçəsi Kosovoya təhvil verildi.Aİ ilk vaxtlar Kosovoya 650 milyon avro,sonra isə qanunun aliliyi və digər islahatları dəstəkləmək üçün böyük bir pay-237milyon avro ayırdı.2011-ci ildən Avropa İttifaqı ilk dəfə iki ölkə arasında vasitəçilik etmişdir.2011-2015-ci illərdə Aİ vasitəçiliyi ilə Brüssel sazişidə daxil olmaqla(2013,aprel) bir sıra vacib müqavilələr imzalanmışdır.Lakin hələ də əsas problem Kosovodakı serb azlıqların vəziyyətidir.Serblərin mühüm bir hissəsidə Kosovonun şimalında məskunlaşıblar.Şm.Kosovoda serblər daha böyük etnik qrupdurlar.Lakin mərkəz-Priştina buranı da idarə etmək istəyir.2012-ci ildə isə hər iki dövlət Avropa İttifaqına üzv olmaq üçün öz namizədliklərini irəli sürdülər.Serbiya dövləti Rusiyayla isti münasibətlər saxlamasına və rusmeylli siyasət yeritməsinə baxmayaraq,serb gənclər Avropa İttifaqına qoşulmaqda maraqlıdırlar.2016-cı ildən etibarən tərəflər arasındakı münasibətlərin inkişafında ləngimə baş verdi.2017-ci ilin yanvarında-21 də “Kosovo Serbiyadır” sözləri ilə bəzədilmiş bir serb qatarının əksəriyyəti serblərin yaşadığı ŞM.Mitrovitsa istiqamətində hərəkət etməsi Kosovoda qəzəb yaratmışdır.2018-ci ilin yanvarında isə Şimali Kosovoda Serb siyasətçisi Oliver İvanoviçin öldürülməsi bir müddət gərginliyi artırmışdı.Baş verənlərin ardından 2018-ci ilin martında Belqrad təmsilçisi Marko Dyuniç Kosovoya qanunsuz daxil olmaqda günahlandırılır və ölkədən qovuldu.Nəticədə,sentyabrda Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo prezidenti Thaçi ilə görüşdən imtina etdi.2 ay sonra Avropa İttifaqının vasitəçiliyi ilə tərəflər nəhayət ki,bir araya gələ bildilər( European Parliament.Serbia-Kosovo relations)

2019-cu ilin sonlarında ABŞ prezidenti Donald Tramp əvvəllər ölkəsinin Almaniyada səfiri olmuş Riçard Qrenelli Kosovo üzrə nümayəndə təyin edib. Məhz onun vasitəçiliyilə az sonra Kosovo ilə Serbiya arasında birbaşa kommersiya uçuşlarının bərpası haqda razılıq əldə olunub. Vaşinqtonun səyləri nəticəsində Priştina mövqeyini dəyişərək, Serbiya məhsullarına rüsum tətbiqini də dayandırıb. Bu müsbət tendensiya sonrakı dövrdə də davam edib və nəhayət, iqtisadi əməkdaşlıq sazişinin imzalanması ilə yekunlaşıb. Danışıqlar kifayət qədər ağır keçib və onun gedişində tərəflər faktiki olaraq, 2 il əvvəlki gündəliyə qayıdıb. Lakin bu halda belə, Serbiya Kosovonun müstəqilliyə gedən yolunda «yaşıl işıq» yandırmaq fikrində olmadığını ortaya qoyub.( http://regionplus.az/az/articles/view/7188)

Rusiyanın Kosovo münaqişəsində aktiv siyasi rolu və mövqeyi

Kosovo münaqişəsində aktiv rola malik dövlətlərdən biridə Rusiyadır.Rusiya hökuməti Yeltsin hakimiyyətinin sonlarından etibarən Serbiyanın ərazi bütövlüyünü dəstəkləyərək Kosovo münaqişəsində daim NATO və Aİ-na qarşı sərt mövqe tutmuşdur.2018-2019-cu illərin əvvəllərində Rusiya Kosovo münaqişəsində yenidən aktivləşməyə başladı.Beləki,Tramp adminstrasiyasının Milli Təhlükəsizlik müşaviri John Boltonun münaqişənin dinc həlli üçün səylərini artırması Rusiyanın narahatçılığına səbəb olmuşdur.Lakin Kosovolı liderlərin çoxuda Serbiya prezidenti Vuçiçin Şm.Kosovonın ilhaqına soyuq yanaşmışdılar.Rusiya isə bölgədə illərdir münaqişəsinin həll olunmasını istəmir,Serbiyanın ərazi bütövlüyünün pozulduğu daim dilə gətirir.Rusiya BMT-də Kosovonun müstəqil kimi tanınmasına veto qoyaraq Serbiyanı münaqişəli zona hesabına öz təsir dairəsində saxlayır.Bu yolla Balkanlara nüfuz etməyə çalışır.Nəticədə,Kreml Serbiya ilə Kosovo arasındakı qarşıdurmaya son qoyulmasının Rusiyanın Serbiyadakı mövqeyini zəiflədəcəyindən və Balkanlardakı nüfuzunu ciddi şəkildə sarsıdacağından narahatdır( https://carnegie.ru/2019/11/26/spoiler-in-balkans-russia-and-final-resolution-of-kosovo-conflict-pub-80429)

2018-ci ildə Kosovo parlamenti Kosovo ordusunun yaradılması barədə qərar etdi.2019-ci ildə parlament bu orduya 58.5 milyon avro illik pul ayırdı.Ordunun 5 min nəfər fəal qüvvəsi,3min nəfər isə ehtiyat qüvvələrdən ibarət olması planlaşdırılırdı.Bu zaman Rusiya Serbiyanı itirməmək üçün bu qərara kəskin etiraz da etmişdi.Rusiya XİN müavini Aleksandr Qruşko(Grushko) Kosovo ordusunun yaradılmasını Balkanlarda yeni bir böhranın yaradılmasına təhrik kimi qiymətləndirmişdi( https://ria.ru/20190415/1552697746.html)

Vladimir Putinində Serbiyada nüfuzu və təsir dairəsi kifayət qədər çoxdur.Putin Serbiyada Kosovoyla razılaşmağa soyuq yanaşan qüvvələrlə əməkdaşlıq edir.Serbiyada 2019-cu ildə keçirilən anketə əsasən əhalinin 57% Putini sevir.Bu hazırki prezident Aleksandr Vuçiçin reytinqi ilə müqayisə edilir. Yuqosloviya lideri İ.Broztitonun 1948-ci ildə Stalinlə münasibətlərinin pisləşməsindən sonra Rusiya bölgədə 2000-ci illərin əvvəllərindən münaqişəsayəsində nüfuz əldə etməyə başladı.NATO-nun 1999-cu il hərbi əməliyyatı zamanı da Rusiya çox sərt etiraz etmiş,XİN Vaşinqtona səfər edərək Miloşeviçi dəstəklədiyini bəyan etmişdi.Əməliyyatın rəhbərlərindən biri general Leonid İvaşovun dediyinə görə Rusiya bombardımanlardan sonra serblər çoxluq təşkil edən əraziyə rus sülhməramlılarını yerləşdirmək istəsədə NATO-nun reaksiyasından sonra geri çəkilmişdi.Rusiyanın dövlət şirkəti “Qazprom Neft” Serbiyanın neft və qaz sənayesinin 51%-ni aldı.Nəticədə,Serbiya parlamentinin deputatlarından bəziləridə vaxtaşırı məclisdən Rusiyaya sevgilərini vurğulayır( https://carnegie.ru/2019/11/26/spoiler-in-balkans-russia-and-final-resolution-of-kosovo-conflict-pub-80429)

Rusiya Kosovunu separatçı və qondarma adlandırır.Halbuki,ehtiyac yarandıqda Post-Sovet məkanında özü həmişə separatçılığı dəstəkləyir.Cb.Osetiya və Abxaziyada separatçıları dəstəkləyərək Gürcüstanın ərazi bütövlüyünü pozur( https://www.vesti.ru/article/2171872)

Yaxud son illərdə Krımda tarixi-kültür amilləri səbəb gətirərək separatçılığı dəstəkləyərək bölgəni işğal edir( https://carnegieendowment.org/2017/06/30/whose-rules-whose-sphere-russian-governance-and-influence-in-post-soviet-states-pub-71403)

Bütün bunlardan sonra Rusiyanın Kosovonu separatçı adlandırması paradoksdur.

Müstəqil Kosovoda iqtisadi-siyasi vəziyyət

Kosovo Avropanın ən gənc dövləti kimi yarandıqdan bir müddət sonra ağır sosial-iqtisadi böhran keçirmişdir.OECD-nin 2013-cü il hesabatında qeyri-sabit və narahatlıq doğuran,zəif iqtisadiyyata malik ölkə kimi qiymətləndirilmişdir.Yalnız “İnsan İnkişafı İndeksində” son illər bir qədər irəliləyiş müşahidə edilir.Kosovonun əhalisinin 29,7%-i yoxsulluq həddindən də aşağı yaşayır və Avropanın ən kasıb ölkələrindən biridir.Əhalisinin 31% işsizdir.Xüsusilədə,gənclər arasında işsizlik 55% qiymətləndirilir.Kənd əhalisinin də vəziyyəti yaxşı deyil.Kəndlilərin şirin su əldə etmələrində çətinliklər yaranır.Aİ-nın son illər islahatlar keçirməsinə qədər ölkənin səhiyyə sistemidə ağır vəziyyətdə idi.Müharibənin ilk dövrlərində Kosovoda şəhər və kəndlərdəki sağlamlıq mərkəzlərinin təxminən 70%-i dağıdılmışdı.Salamat qalan xəstəxanalarda tibbi avadanlıqlardan məhrum olmuşdu.Səhiyyə işçilərinin bir qismi ölkəni tərk etmiş,bir qismi də didərgin düşmüşdü.Səhiyyə xidməti Sovetin “Semashko” səhiyyə sisteminə əsaslandırdı.Semashko səhiyyə sistemi ağır mərkəzləşmə ilə xarakterizə olunurdu.Yalnız “Ana Teresa” cəmiyyətinin 90-a yaxın peşəkar həkimlərdən ibarət klinikalar açmasından sonra tibb sektorunda müəyyən irəliləyiş əldə edilib ( The Kosovo case Study.səh,6-8)

Kosovo vətəndaşlarının 35%-i 1999-cu il hadisələrindən sonra dünyaya gəlib.Gənclərin əksəriyyəti yüksək işsizlikdən və miqrasiya rəhbərliyi tərəfindən korrupsiya yoluyla verilən şəxsiyyət vəsiqələridən narazıdırlar.Onlar xüsusilədə viza liberallaşdırılmasını arzu edirlər.Kosovolu gənclərin arzularından biridə Kosovonun “normal bir ölkə” kimi tanınaraq BMT və AB-nə üzv qəbul edilməsidir.Mövcud Konstitusiya qonşu Albaniyayla birləşməyi qadağan etsə də onların gələcəkdə belə bir gözləntiləri var.Lakin ölkənin serblər yaşadığı bölgələr üstündə ciddi mübahisələr hələ də davam edir.Bu bölgələrdə Kosovo dövlətinin legitimliyi də zəifdir.Küçələrdən Serbiya və Rusiya bayraqları asılmış,V.Putinin plakatları yapışdırılmışdır.Avtomobillərinin ya Serbiya nömrələri var ya da heç yoxdur ( https://www.globalpolicyjournal.com/blog/19/06/2018/kosovo-country-or-cause-and-what)

Birləşmə meylləri yalnız Kosovo gəncləri arasında deyil həmçinin Albaniya əhalisində də qabarıqdır.”Open Society Foundation”in keçirdiyi rəy sorğusuna görə referendum olsaydı Albaniyadakı albanların 75 %-i,Kosovo albanlarının isə 64%-i lehinə səs verərdi.Hər iki xalqın eyni dil və mədəniyyətə sahib olması 2008-ci ildən əməkdaşlıqlarını artırmışdır.Hətta son illər bəzi Kosovodan olan idmançı və sənət adamlarının müxtəlif yarışlarda Albaniyanı təmsil etməsi belə olmuşdur.Tərəflərin iqtisadi əməkdaşlıqlarıda son zamanlar artmışdır.2019-cu ilin dekabrında Kosovo və Albaniya enerji razılaşması imzalamışdır.Bu müqaviləyə əsasən 2020-ci ilin aprelindən Kosovo Albaniyanın enerji şəbəkəsinə qoşulmalı idi.Bu Kosovonun Serbiyadan elektrik asılılığına son qoyması deməkdir.Ən böyük əməkdaşlıq isə 2019-cu ilin martında XİN-in xarici siyasətlərini birgə koordinasiya etmək barədə sazişləri idi.Kosovo və Serbiya arasında danışıqlarda ən mühüm təkliflərdən biri 2018-ci ildə olmuşdur.Serbiya prezidenti Aleksandr Vuçiç “sərhəd düzəlişləri”təklifini irəli sürdü.Bu təklifə görə Serbiya Kosovonun şimalında məskunlaşan serblərin yaşadığı Mitrovitsa şəhəri və ətraf ərazilərin bir hissəsini əldə edəcək.Əvəzində isə Serbiya Kosovonun müstəqilliyini tanıyacaqdı.Bu Kosovoda gərginlik yaratmışdı.Prezident Haşim Thaçi təklifi dəstəkləsədə baş nazir Ramuş Haradinay əleyhinə çıxıb Kosovoda qeyri-sabitlik və qarşıdurma yaradacağını iddia edir.Həmçinin,Albaniya baş naziri Edi Rama belə məsələyə müdaxilə edərək Haşim Thaçini dəstəklədiyini ifadə etmişdir.Bundan əlavə Serbiya rəhbərliyidə vaxtaşırı Tirananı “Böyük Albaniya” qurmağa cəhddə günahlandırır( https://www.fomoso.org/en/mosopedia/background-knowledge/an-overview-of-the-relations-between-albania-kosovo-and-serbia)

Nəticə

Kosovo münaqişəsi və Dağlıq Qarabağ münaqişəsinin tarixi və forması arasında böyük oxşarlıqlar həmçinin fərqlər vardır.Həm Kosovo münaqişəsi həmçinin Dağlıq Qarabağ münaqişəsinin təhlili zamanı münaqişənin dinc yolla həll ola bilməsinin mümkün olduğunun şahidi oluruq.Tərəflərin maksimalist davranışları daim etnik-ərazi konfliktlərin həllini ləngitmişdir.

Kosovo münaqişəsinin Dağlıq Qarabağ konflikti üçün çıxarmalı olduğumuz bir neçə nümunə vardır.İlk növbədə 2-ci Qarabağ savaşı zamanı Azərbaycan tərəfidə bölgədə erməni əhalisinin etnik çoxluğa malik olduğunu unutmamalı, statusun yoxluğunu dilə gətirməməli idi.İqtidar nümayəndələri ən yaxşı halda mədəni muxtariyyətin verilməsindən bəhs edirdi.Yalnız mədəni muxtar hüquqlarla isə erməni icmasının razılaşmaycağı gözlənilən idi.Geniş avtonom hüquqlar olmadıqca münaqişəni xeyrimizə bitirməyin mümkün olmadığını Kosovo münaqişəsi nümunəsində görürük.1998-ci ildə Miloşeviç hökuməti Kosovoya hüquqlar verməkdən imtina etdi əvəzində Kosovonu tamamilə itirdi.Azərbaycan tərəfidə Dağlıq Qarabağın etnik azlığının federal hüquqlarıyla razılaşa bilər.

Abutalıb Səmədov və iqtidaryönümlü siyasətçilər Azərbaycan hökumətinin müharibəni sona qədər aparmamasını bölgədə etnik təmizlənmənin həyata keçirildiyi barədə təbliğatla əlaqələndirir.Halbuki,Kosovo savaşından fərqli olaraq İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Dağlıq Qarabağa daxil olmamış belə DQ-ın erməni əhalisi çoxdan şəhərdən çıxarılmışdır.Etnik təmizləmənin həyata keçirilməsi üçün isə bölgədə faktiki etnik azlığın olmasına ehtiyac vardır.( https://news24.az/dagliq-qarabag/49822)

Kosovo müharibəsindən bizə məlum olduğu kimi sülhməramlı qüvvə kimi bölgəyə yalnız Rusiyanın sülhməramlı qüvvələrinin deyil beynəlxalq təşkilatlara malik sülhyaratma qüvvələrinin daxil olmasıda mümkün idi.2001-ci ildə Azərbaycan və Ermənistan rəhbərliklərinə təklif olunmuş “Paket həll variantında” ATƏT-in müştərək qüvvələrinin konflikt zonasına sülhyaratma qüvvələri kimi daxil olmasıda yer almışdı( www.azadliq.org/amp/27665461.html)

Hazırki kapitulyasiyada isə qərbin əksinə olaraq bu prosesdən tamamilə kənarda qaldığının şahidi oluruq.Abutalıb Səmədov bunu qərbin daim Dağlıq Qarabağa status vermə cəhdi kimi dəyərləndirsədə post-Sovet məkanında baş verən münaqişələrə nəzərə yetirdikdə əksər separatçı hərəkatlara məhz Rusiya dövlətinin yardım etdiyini görürük.Son olaraq,9 maddədən ibarət kapitulyasiyada Rusiya sülhməramlılarının beynəlxalq mandat alması həmçinin bölgədə sülhyaratma qüvvə kimi yerinə yetirə biləcəkləri funksiyalar barədə heç bir qeyd aparılmayıb.Bu suallara isə 10 noyabr sazişindən sonra heç zaman aydınlıq gətirilmədi

İstifadə edilmiş mənbə və ədəbiyyat siyahısı

Facebook Comments