“Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi” – Hikmət Hacıyev

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamın Şahbulaq qalasından video paylaşıb.

Sozcu.az xəbər verir ki, o, tvitterdəki paylaşımına qətiyyətli şərh verib:

“Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Xatırladaq ki, bu gün media orqanları və QHT-lərin rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonunda Şahbulaq qalasında olublar. Onları H.Hacıyev müşayiət edib.

Qeyd edək ki, erməni işğalı dövründə qala ərazisində qanunsuz arxeoloji qazıntılar aparılıb və möcüzəvi şəkildə guya e.ə. I əsrdə “Böyük Ermənistan”ın çarı II Tiqran tərəfindən salınmış mifik “Tiqranakert” şəhəri tapılıb.

Qazıntılar aparan erməni arxeoloqları tikililərin qalıqlarına yeni arxeoloji formalar verib, bəzi memarlıq elementlərini ləğv edib və yerinə yeni “antik” elementləri əlavə ediblər.

O qədər qapılıblar ki, burada yerləşən şərq hamamı və ovdan (su anbarı, su toplamaq üçün rezervuarı) xarabalıqlarını V-VI əsrlərə aid xristian məbədinin qalıqları adlandırıblar və daha inandırıcı olması üçün yaxınlığına üzərində erməni xaçı olan “qədim” daş yerləşdiriblər.

Ağdam işğaldan azad olunduqdan sonra sözügedən xaç sökülüb.

Facebook Comments