Koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə ümumilikdə 2 690 711 test icra olunub.

Qeyd edək ki, ötən gün koronavirusa yoluxanların sayı 608 nəfər idi.

Facebook Comments