“Qazinin 2 ayağı və ya gözünün biri yoxdur, deyirlər ki, sən III qrup əlilsən”

“Son dövrlər Vətən müharibəsi qazilərinin əlillik təyinatları ilə bağlı sosial mediada ciddi narazılıqlarla tez-tez rastlaşırıq. Həm qazilər, həm də əlilliyi olan digər şəxslərin əlillik dərəcələri ya düzgün təyin edilməyərək 1 və ya 2 kateqoriya aşağı salınır, ya da ümumiyyətlə ləğv edilir.

Sozcu.az xəbər verir ki, Mövzu ilə bağlı Pravda.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, bütün bunlara səbəb müvafiq nazirliyin Prezidentin yanında özünü yaxşı göstərmək istəyidir.
Partiya sədrinin sözlərinə görə, minlərlə əlilin təqaüdünü kəsməklə büdcə doldurmaq olmaz: “Son dövrlər təkcə qazilərlə bağlı deyil, ümumiyyətlə, əlillik dərəcəsi olan insanlarla bağlı xeyli problemlər ortaya çıxıb. Bildiyimiz kimi, əlillik dərəcəsinə görə artıq 20-25 ildir ki təqaüd alanların təzminatları kəsilib. Bu şəxslər arasında yenidən əlillik qiymətləndirilməsi aparılıb və guya məlub olub ki, bunlar uzun müddətdir ki, əlil deyilmiş. Eyni zamanda, I və II Qarabağ müharibələri zamanı əlillik olan şəxslərin də ya dərəcələri doğru müəyyən edilmir, ya da ümumən ləğv edilir. Hesab edirəm ki, burada 2 amil rol oynayır. İlk növbədə, bunun sayəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi guya əlavə israfların qarşısını almaqla büdcəyə ziyan vurmayıb, rəhbərliyə xoş görünürlər. Əgər xatırlıyırsızsa, ötən ilin sonunda da büdcəyə əlavə 635 milyon kəsr qaytardıqlarını, israfın qarşısını aldıqlarını və s. elan etmişdilər. Lakin onlardan bunun nəyin hesabına baş verdiyini soruşan olmadı”.

Tural Abbaslı vurğulayıb ki, II Qarabağ müharibəsi qazilərinə əlillik dərəcəsi müəyyən edilərkən eyni siyasət yürüdülür: “Qazinin 2 ayağı və yaxud da gözünün biri ümumiyyətli yoxdur, deyirlər ki, sən III qrup əlilsən. Özü özünü idarə etmək gücündə olmayanlara mütləq I qrup əlillik dərəcəsi verilməlidirsə, II qrup verilir və s. Burada məqsəd sözügedən nazirliyin prezidentin qarşısında özünü yaxşı göstərmək istəməsidir. Məhz bunun naminə milyonlarla insanı narazı salıblar. Doğrudur, əsas gətirə bilərlər ki, qanunvericiliyə əsasən, dizdən 1 qarış yuxarı-aşağı olanda əlillik dərəcəsi dəyişir, amma sual yaranır – bu mövcud qanunların dəyişikliyinin təşəbbüsarı kim olmalıdır? Əlbəttə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bəs bu nazirlik belə bir təşəbbüs edibmi? Xeyr, cəhd belə etmirlər. Bu, o deməkdir ki, hazırki sitüasiya nazir Sahil Babayevə sərfəlidir və o, bu vəziyyətdən öz maraqları üçün istifadə edir. Fikrimcə, bununla bağlı qısa müddət ərzində konkret addımlar atılmazsa, çox ciddi sosial partlayış ola bilər. Çünki insanlar həyatlarını uzun illər o əlillikdən aldıqları təqaüdlə formalaşdırıblar, belə demək mümkünsə, ailə büdcələrində həmin gəlirin bəlli bir yeri var. Bu məsələdə həm qanunvericilikdəki boşluqlara, həm də hazırda qüvvədə olan qanunun icrasına görə məsuliyyət nazirliyə və birbaşa Sahil Babayevə düşür. Təkrar edirəm, bu adam şəxsi kariyerası naminə minlərlə insanı narazı salır”.

Facebook Comments