Qazimiz dünyaya “qardaş gözü ilə” baxacaq

İsrailli qadın vəfat etmiş həyat yoldaşının gözünü Azərbaycan əsgərinə bağışlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə israilli ravvin Zamir İsayev Feysbuk hesabında qeyd edib.

“Doktor İşay maraqlı bir əhvalat danışdı: İsrailli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. İsrailin səhiyyə naziri, orqanı (göz) İsrail hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib. İndi əsgərimiz məhz bunun sayəsində işıq üzü görüb”.

Qeyd edək ki, əməliyyatı da israilli həkimlər həyata keçirib.

Facebook Comments