İran XİN-dən Xamenei və Pezeşkian barədə AÇIQLAMA

"İranın Ali Lideri Əli Xamenei və ölkə Prezidenti Məsud Pezeşkian sağdır və təhlükəsiz şəraitdədirlər". Sozcu.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai "Sky News" telekanalına bildirib. "Onların hamısı təhlükəsiz yerdədirlər və özlərini yaxşı hiss edirlər", - deyə o vurğulayıb. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, İrana endirilən zərbələr zamanı Xameneinin iqamətgahı hədəfə alınıb və ali liderin bu hücum nəticəsində həlak ola biləcəyini istisna etməyib.(Oxu.az)

AB İran üçün təcili toplanır

Bu gün Avropa Birliyinin (AB) Xarici İşlər Şurasının İran və Yaxın Şərqdə baş verən gərginliyi müzakirə etmək üçün növbədənkənar onlayn iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib. “Mən Körfəz ölkələrindəki tərəfdaşlarımızla əlaqə saxlamışam. Biz İranın nəzarətsiz şəkildə həyata keçirdiyi hücumu qınayırıq. Həmin hücumlar regionu daha geniş müharibəyə sürükləmək riski daşıyır. Müharibənin daha da genişlənməməsi həyati əhəmiyyət daşıyır. İran rejiminin qarşısında seçimlər var”, - deyə Kallas əlavə edib.

ABŞ-İran gərginliyinin səbəbi bu ölkədir - Ərdoğan

ABŞ və İran arasında danışıqların pozulması və hərbi gərginliyin artmasının əsas səbəbi İsrailin fəaliyyəti olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə və regiondakı digər ölkələr vəziyyəti tənzimləmək üçün bütün səylərini göstəriblər.

Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1960-cı il təvəllüdlü A. Hüseynov, 1976-cı il təvəllüdlü R. Mirzəyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal yaralılara yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)

Şamaxıda yenidən zəlzələ olub

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Əli Xameneinin oğlu da öldürüldü - Təcili

İranın dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei də öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb. Qeyd edək ki, Əli Xameneinin, həmçinin onun kürəkəninin və gəlininin (Müctəba Xameneinin arvadı) öldüyü haqda məlumat yayılmışdı. Xameneinin kürəkəni və gəlininin ölümünü Tehran meriyasının sözçüsü təsdiqləsə də, rəsmi açıqlama yoxdur. Eyni zamanda Xamenei və oğlunun öldüyü də rəsmən təsdiqlənməyib.

İsrail səfiri məlumatlandırdı: Xamenei öldü!

İsrailin ABŞ-dakı səfiri Yehiel Leyter Vaşinqtondakı bir neçə yüksək rütbəli rəsmini İranın dini lideri Əli Xameneinin öldürüldüyü barədə məlumatlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “Röyters” isə Xameneinin cəsədi tapıldığını və onun ölümünün təsdiqləndiyini yazıb. İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, İsrail kəşfiyyatında sui-qəsd nəticəsində öldürülən Xameneinin cəsədinin görüntüləri var və onlar ölkənin ən yüksək siyasi rəhbərliyinə təqdim edilib. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu Əli Xameneinin öldüyü haqda “bir çox əlamət olduğunu” bildirmişdi.(Axar.az)

Xamenei qətlə yetirilib? - Çin mediası da təsdiqlədi

İranın dini lideri Ayətullah Əli Xamenei öldürülüb, onun cəsədi sarayının xarabalıqları altından tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Çinin CGTN nəşrinin Teleqram səhifəsi məlumat yayıb. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu Əli Xameneinin öldüyü haqda “bir çox əlamət olduğunu” bildirmişdi.

İsrail rəsmisi: Xamenei hava hücumunda öldürülüb

İranın Ali Rəhbəri Əli Xamenei bu səhər İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Sozcu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib. İrandan bununla bağlı təsdiq yoxdur.(APA)

Xameneinin gəlini və kürəkəni öldürüldü - KİV

İranın dini lideri Seyid Əli Xameneinin gəlini və kürəkəninin öldürüldüyü xəbəri yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediasında məlumat yayılıb. Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana zərbələrə başlayıb. Zərbələr nəticəsində Xameneinin də öldüyü xəbəri yayılsa da, daha sonra İran rəsmiləri, o cümlədən XİN başçısı Abbas Arakçı məlumatı təkzib edib.

Ya indi, ya da heç vaxt...

ABŞ siyasi sistemində xarici siyasətlə bağlı qərarları Ağ Ev qəbul etsə də, bu qərarların davamlılığı və gücü Konqresin dəstəyindən asılıdır. İran məsələsi ABŞ-da uzun müddətdir partiyalararası ciddi fikir ayrılığı yaradan mövzulardan biridir.  Demokratlar əsasən diplomatik yanaşmaya və razılaşmalar vasitəsilə nəzarət modelinə üstünlük verirlər, respublikaçılar isə daha sərt təzyiq, güc tətbiqi dəstəkləyirlər. Bu gün İrana qarşı hərbi zərbələr başlayıb və respublikaçıların Konqresdə çoxluğa sahib olması Ağ Ev üçün siyasi "qalxan" deməkdir, maliyyələşmənin bloklanması riski azalır, məhdudlaşdırıcı qanun təşəbbüslərinin ehtimalı aşağı düşür. 2026-cı ilin Konqresə ara seçkilərində çox böyük ehtimalla respublikaçılar Konqresdə çoxluğu itirəcəklər və Ağ Ev artıq İrana qarşı hər hansı hərbi əməliyyat keçirməyə gücündə olmayacaq. Digər məsələ ondan ibarətdir ki, hərbi əməliyyatların keçirib keçirməmək qərarını Ağ Ev təkbaşına vermir, bu tip qərarlarda son söz hərbçilərdə olur və tarixdə bir çox hallarda siyasi hakimiyyət hərbi elita ilə razılığa gələ bilmirdi(loqistika, risklər, maliyyə və s). Bu səfər Tramp Pentaqonu razılığa sala bildi, amma 2-ci dəfə bu boyda hərbi qüvvələri regionda cəmləşdirmək çətin mümkün olsun. Respublikaçı partiyasının daxilində də durum sabit deyil, partiyanın ultra-sağ izolyasionist(Taker Karlson, Nik Fuentes, Mardjori Teylor Qrin və s) qanadı Trampı İsrailə dəstək verdiyinə görə yıxıb-sürüyür. Həmin qanad, ABŞ-ın İsraillə müttəfiqliyinə son qoyulmasını tələb edir. İranda rejim devrilməsə, Tramp üçün daxildə misilsiz siyasi risklər yaranacaq, respublikaçıların ultra-sağ və mərkəzə meyilli sağ qanadı, demokratların ultra-sol qanadı və sola meyilli mərkəçiləri hamısı birləşib Trampa qarşı "xaç yürüşünə" başlayacaqlar. Tramp və İsrail üçün isə, ABŞ daxili siyasi durumu baxımından, vaxt və fürsət prizmasından çətin 2-ci dəfə belə şans yaransın. Ya indi, ya da heç vaxt... Kamran Cəfərov, politoloq

Zelenski: ABŞ İrana qarşı qətiyyətli davranmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın İrana endirdiyi zərbələrə münasibət bildirərək Vaşinqtonun qətiyyətli addımlar atmasının vacib olduğunu deyib. Sozcu.az xəbər verir ki, bununla yanaşı, o, qarşıdurmanın daha geniş müharibəyə çevrilməməsinin önəmli olduğunu vurğulayıb. Zelenski sosial şəbəkə paylaşımında qeyd edib ki, “ABŞ qətiyyət göstərdiyi zaman qlobal cinayətkarlar zəifləyir” və bu mesajın Rusiyaya da aid olduğunu bildirib. O xatırladıb ki, Tehran Moskvanın yaxın müttəfiqidir və İran Rusiyaya minlərlə “Shahed” tipli pilotsuz uçuş aparatı verib. Zelenskinin sözlərinə görə, Rusiya müharibə dövründə Ukraynaya qarşı 57 mindən çox bu tip PUA istifadə edib. Ukrayna lideri həmçinin İran xalqının “terrorçu rejimdən xilas olmaq şansı”nın ədalətli olduğunu qeyd edib və mümkün qədər insan həyatının qorunmasının vacibliyini vurğulayıb. (Reuters)

"Bildiyim qədəri ilə Xamenei sağdır"

İsrail və ABŞ-ın hücumlarından sonra İranın yüksək rəhbərliyinin demək olar ki, bütün üzvləri sağdır. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC-yə verdiyi müsahibədə bildirib. "Demək olar ki, bütün vəzifəli şəxslər sağ və salamatdır. Bir və ya iki komandirimizi itirə bilərik, amma bu, böyük problem deyil", - o qeyd edib. Aparıcılar ondan prezident Məsud Pezeşkian və Ali Lider Əli Xameneinin hələ də sağ olduğunu təsdiqləyib-təsdiqləyə bilməyəcəyini soruşublar. "Bildiyim qədəri ilə, hər ikisi sağdır", - nazir ingilis dilində deyib.

İran Hörmüz boğazını bağladı

İran təxminən dünya neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazını bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 9” telekanalı məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Türkiyədən bəyanat: Hücumlar dayandırılmalıdır!

İsrail və ABŞ-ın İrana hücumları ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən gərginlik bölgənin gələcəyini və qlobal sabitliyi təhlükə altına alır. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Beynəlxalq hüququ pozan və mülki şəxsləri təhdid edən hərəkətlərdən dərin narahatlıq duyuruq və daha da şiddətə səbəb ola biləcək təxribatları pisləyirik. Bütün tərəflər hücumları dərhal dayandırmalıdır. Regional məsələlər sülh yolu ilə həll edilməlidir. Türkiyə vasitəçilik dəstəyi verməyə hazırdır”, - bəyanatda qeyd olunub.

İran ABŞ hərbi gəmisini vurdu

ABŞ Hərbi Dəniz Qüvvələrinin MST döyüş dəstək gəmisi İslam İnqilabı Keşikçiləri Korpusunun atdığı raketlər nəticəsində ciddi şəkildə zədələnib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir. İran isə cavab tədbirləri görür.

Xamenei öldürülüb? - Daha bir məlumat yayıldı

İsrail İranın dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin hücum nəticəsində böyük ehtimalla həlak olduğunu hesab edir. Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 12” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu xəbər onun iqamətgahının peyk görüntülərində dağıdılması faktına deyil, adı açıqlanmayan mənbələrdən əldə edilən məlumatlara əsaslanır. Qeyd edək ki, bundan öncə də yayılan məlumatda Xameneinin öldürüldüyü bildirilsə də, İran bu xəbəri təkzib edib.

Əli Şamxani öldürüldü - KİV

İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani İsrailin hücumları nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

BƏƏ-dən İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!

İranın BƏƏ ərazisinə hücumları davam edəcəyi təqdirdə, bunun ağır nəticələri olacaq. Sozcu.az “Əl Cəzirə“ telekanalına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi bəyanat yayıb. XİN Körfəz ölkələrinə istənilən hücumun bütün regionda stabillik və təhlükəsizliyə hücum olduğunu bəyan edib. Bəyanatda tərəflər diplomatik həll yoluna dəvət edilib. Xatırladaq ki, daha əvvəl İran ballistik raketlərlə BƏƏ-dəki Əl-Cəfrə aviabazasına zərbələr endirib. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Makrondan İrandakı gərginliyə sərt reaksiya...

ABŞ, İsrail və İran arasında müharibənin sülh və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola bilər. Sozcu.az CNN-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. E.Makron mövcud eskalasiyanı hamı üçün təhlükəli adlandıraraq, gərginliyin dərhal dayandırılmasının vacibliyini vurğulayıb: “Regionda vəziyyətin daha da pisləşməsi qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər”. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Prezident olsayım müharibə olmazdı - Bayden

Əgər mən prezident olsaydım, bu müharibə olmazdı! Sozcu.az xəbər verir ki, bunu ABŞ-nin eks-prezident Co Bayden bildirib. Qeyd edək ki, Co Bayden ABŞ-nin 46-cı prezidentidir. Onun dövründə Rusiya-Ukrayna müharibəsi başlayıb və hələ də davam edir. 

"Atam sağ-salamatdır" - Pezeşkianın oğlu

İran Prezidenti Masud Pezeşkianin oğlu Yusif Pezeşkian "Mehr" agentliyinə açıqlamasında bildirib ki, atam sağ-salamatdır və başına yönələn sui-qəsd cəhdi uğursuz olub. *** 11:43 Pezeşkian hücumlardan zərər çəkməyib. Sozcu.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. "İran prezidenti İsrail və ABŞ-nin hücumları nəticəsində xəsarət almayıb" - deyə açıqlamada bildirilib. 

ABŞ hələ belə hücum görməyib - KİV

ABŞ tarixində ilk dəfə xarici bazalarına eyni anda genişmiqyaslı hücumlarla üzləşir. Sozcu.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzetinin ABŞ-lı bir rəsminə istinadən verdiyi məlumata bildirilir.  Qeyd edilib ki, ABŞ indiyə qədər xaricdəki bazalarına qarşı belə genişmiqyaslı və eyni anda həyata keçirilən hücumlarla qarşılaşmayıb.

İsrail KİV: Xameneinin ofisi tamamilə dağıdıldı

10:51 Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. *** İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi tamamilə dağıdılıb. Bu barədə anonim İsrail rəsmisi Kanal12-yə danışıb. Onun sözlərinə görə, Xameneinin həmin vaxt orada olduğu məlum deyil. Mənbə İranın bütün əsas liderlərinin hədəf alındığını qeyd edib.