General Sırski Kursk cəbhəsində oldu: “Vəziyyət nəzarətimiz altındadır...”-FOTO

Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı, general Aleksandr Sırski cəbhənin Kursk istiqamətində olub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanın “Facebook” səhifəsində məlumat açıqlanıb.  “Mən Sumı və Kursk vilayətlərində fəaliyyət göstərən hərbi hissə və bölmələrdə çalışmışam, düşmənin təşəbbüsü ələ keçirmək cəhdlərinə baxmayaraq, vəziyyət bizim nəzarətimiz altındadır”, - deyən Baş Komandan  "birbaşa briqada komandanlıq məntəqələrində" iş aparıb. “Vəziyyətin qiymətləndirilməsini nəzərə alaraq, düşmənin hərəkətlərinin qarşısını almaq və ona maksimum itki vermək məqsədi daşıyan bir sıra qərarlar qəbul etdim. İşğalçıların canlı qüvvə və texnikada üstünlüyünə baxmayaraq, Ukrayna ordusunun bacarıq və peşəkarlığı Rusiya təcavüzkarının öz məqsədinə çatmasına imkan vermir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib. Xatırladaq ki, Müharibənin Tədqiqi İnstitutunun ("ISW") yeni hesabatında Rusiya Federasiyasının Kursk vilayətində döyüşlərin davam etdiyi qeyd edilir. Rusiya və Ukrayna qoşunları bu yaxınlarda Kursk bölgəsində  əsas hücum istiqamətində irəliləyib. Rusiya orada 50 minə yaxın əsgər cəmləyib.

"Toya uşaq gətirməyin" - Yeni dəvətnamələrdə qalmaqallı qeyd

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib. Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir. Çağırışda isə belə yazılır: “Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin”. Maraqlıdır, yeni-yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var? Sozcu.az "bakuplus.az"a istinadən bildirir ki, mövzunu sosial tərəfdən şərh edən sosioloq Üzeyir Şəfiyev uşaqların toylardan kənarlaşdırılmasını doğru hesab etmir: “Düşünürəm ki, uşaqların toya gətirilməməsi barədə edilən çağırışlar yaxşı hal deyil. Çünki toy bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, min illik qədim adət-ənənələrimizdən biridir. Bu adətlərdə Azərbaycan xalqının düşüncələri, arxeotipləri öz əksini tapır. Hesab edirəm ki, toylar və digər mərasimlər vasitəsilə insanlar həm də sosiallaşır, həmrəyləşir, insanların xarakteri formalaşır. O cümlədən uşaqların xarakterinin formalaşmasında da toyların rolu var. Bu baxımdan belə mərasimlərdən uşaqların kənarlaşdırılması hesab edirəm ki, düzgün deyil. Uşaqlar həmin mühitdə də şübhəsiz ki, sosiallaşa bilir. Əlbəttə, uşaq psixologiyasını da nəzərə alaraq toyu elə təşkil etmək olar ki, uşaqlar həmin mərasimlərdən özlərinə pay götürsün. Yəni sosiallaşmasında faydalı olsun. Sözsüz ki, uşağın yaşı da nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, bütövlükdə uşaqlar toylarda iştirak eləməlidir. Necə ki, qədimdə kənd uşaqlarının toya qatqısı bir başqa olurdu. Toylar da uşaqların gələcək həyatında xoş nostaljlər yaradırdı. Bir daha səsləndirirəm: uşaqların toya gətirilməməsi ilə bağlı çağırışlar doğru deyil”. Bəzi toy sahibləri qeyd edilən çağırışları uşağın psixologiyasına mənfi təsir ilə əlaqələndirirlər. Maraqlıdır, toy uşaq psixologiyasına təsir edirmi? Bakuoplus.az-ın sualını cavablandıran psixoloq Fidan Nizamova deyib ki, bu çağırışı çox düz ediblər: “Çünki uşaqların elə böyük bir məclisdə olması, ancaq mane ola bilər. Amma onu da deyim ki, toyun uşaq psixologiyasına nə mənfi, nə müsbət təsiri var. Düzdü, bəzi uşaqlar var ki, səsə həssasdır və ya hiperaktivdir. Belə uşaqları toya, məclisə qəti aparmaq olmaz. Ancaq toya aparılan, cəmiyyət içində çox olan uşaqlar sosiallaşır, özlərini ifadə etməyi, davranış qaydalarını öyrənirlər”. Belə dəvətnamə hazırlayan cütlüklərdən biri – Aysel və Nazim səbəbini əlavə pul verməkdə görürlər: “Hansısa bir uşaq gedib açılmayan stolda oturanda, ofisiantlar onun qarşısına boşqab, yemək düzürlər. Restoran rəhbərliyi də həmin stolun pulunu bizdən alır. Uşaq nə başa düşsün orda oturulmadığını? Ona görə bacardıqları qədər toya uşaqlarını gətirməməklərini deyirik. Həm də bəzi uşaqlar gəlinlə bəyin yanından əl çəkmirlər. Rəqs edəndə ayağa dolaşırlar, paltardan tuturlar”.

Ermənistanı Bakıda bu şəxs təmsil edəcək

Xəbər verildiyi kimi, Ermənistanı Bakıda keçirilən COP29 tədbirində kimin təmsil edəcəyinə dair rəsmi qərar verilməyib. KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, adıçəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan təmsil edəcək. Lakin qeyd olunub ki, bu barədə yekun qərar yoxdur. Xatırladaq ki, Azərbaycan tərəfi Nikol Paşinyan və Ararat Mirzoyana COP29-da iştirak etmək üçün dəvət göndərib.

Qiyabi təhsil ləğv olunur? - Ekspertdən AÇIQLAMA

Son illərin müşahidələri göstərir ki, ölkədə abituriyentlər ali təhsil ocaqlarına seçim zamanı daha çox əyani təhsil formasına üstünlük verirlər. Çoxları isə qiyabi təhsilin effektiv olmadığını deyirlər.  Bütün bunları nəzərə alaraq, qiyabi təhsil ləğv oluna bilərmi? Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qiyabi təhsil formasının tamamən ləvğ olunmayacağını bildirib. Ekspert qeyd edib ki, qiyabiyə nəzərən əyani təhsilin üstünlükləri çoxdur və müəyyən ixtisaslarda qiyabi təhsil qalacaq: ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hazırda əyani, qiyabi və distant formada tədris nəzərdə tutulur. Nəzərə alsaq ki, təhsil haqqında qanunvericilikdə distant təhsil təsdiqini tapsa da, hələlik keçərli deyil. Əsasən, əyani və qiyabi təhsilə üstünlük verilir. Demək olar ki, ali təhsil müəssisələrinin bakalavr pilləsində daha çox əyani ixtisaslardır. Magistratura pilləsində isə yalnız bir neçə universitetdə ixtisas forması qiyabidir.  Əyani təhsilin üstünlükləri çoxdur. Əyani təhsildə tələbələr nəzəri bilikləri daha dərindən öyrənir, təcrübə zamanı isə qiyabiyə nəzərən daha uzunmüddətli təcrübə keçmək imkanı əldə edirlər. Qiyabi təhsil əsasən, işləyən şəxslər, ailə həyatı qurmuş amma yenə də təhsil almaq istəyən vətəndaşlarımız üçün nəzərdə tutulmuş təhsil formasıdır.  Laboratoriya təcrübəsi, nəzəri biliklərin yerində tətbiqi kimi ixtisaslarda qiyabi təhsil yəqin ki, mümkün olmayacaq. Bu ixtisasların qiyabiləri ləğv olunacaq. Təkcə builki ali təhsil müəssisələrinin bakalavr pilləsində keçirilən müsabiqədə biz gördük ki, artıq bir neçə universitet bu kateqoriyaya daxil olan qiyabi ixtisasları ləğv etdilər.  Yalnız bir sıra universitetdə, bəzi ixtisasların qiyabi şöbələri mövcuddur. Əgər gələcəkdə biz bakalavr təhsilini 4 ildən 3 ilə endirə bilsək, qiyabi təhsilin müddəti az olduğu üçün yenə bəzi ixtisasları da ləğv etmək mümkündür.  Qeyri-ixtisas fənləri tədris olunmazsa, o zaman biz müddəti 4 ildən 3 ilə endirə bilərik. Amma düşünmürəm ki, qiyabi təhsil tamamilə ləğv olunsun. Müəyyən ixtisaslarda saxlanılacaq”. 

“Ermənistanın COP-da iştirak edib-etməməsi...” - Prezident

“ATƏT-in Minsk qrupu artıq tarixin bir tərkib hissəsidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı deyib. Prezident, həmçinin bildirib: “Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib, lakin iştirak edib-etməməsi Ermənistanın özünün qərarıdır”.

Azərbaycanda bu saatlardan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bu gün axşam saatlarından etibarən 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Yaponiyanın yeni baş naziri bəlli oldu

Yaponiya Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşiba ölkənin baş naziri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda o, deputatların yarıdan çoxunun səsini qazanıb. İşiba 221, onun ikinci turdakı rəqibi Yoşixiko Noda isə 160 səs alıb.

"Modern Group"a daxil olan "Azgranata"nın külli miqdarda vergi borcu var

"Azgranata" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 226 465 manatdır. Qeyd: Qanuni təmsilçisi Böyükağa Nadir oğlu Mustafayev olan şirkət (Nizamnamə kapitalı 21 582 592 AZN-dir) alkaqollu və alkaqolsuz içki istehsalçısıdır. MMC "Modern Group"a daxildir.

Bu yollarda məhdudiyyətlər olacaq - SİYAHI

COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır: - Hava Limanı şosesi - Heydər Əliyev prospekti - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Niyazi küçəsi - İstiqlaliyyət küçəsi - Lermontov küçəsi - Mikayıl Huseynov küçəsi - Xəqani Rüstəmov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi.

Media Agentliyi açıqlama yaydı

Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyidən Sozcu.az-a daxil olan açıqlamada bildirilir ki, Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.  Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

Bulvardakı “balina“ müəmması: Maket, yoxsa canlı...

Bir neçə gündür dənizkənarı bulvar ərazisinə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub. Sozcu.az xəbər verir ki, yayılan görüntülərdə Xəzər dənizində böyük balinanın olması öz əksini tapıb. Sosial şəbəkələrdə yayılan görüntülərin xüsusi proqramlardakı effektlə yaradıldığını iddia edənlərlə yanaşı, real olduğunu deyənlər də olub. Daha sonra isə sözügedən balinanın sahilə çıxmasına dair görüntülər yayılıb. Artıq yerli mütəxəssislərin balinaya baxdığı, ərazidə tədqiqat apardığı bildirilir. Hər nə qədər görüntülər olsa da, rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, sahildə görülən nəhəng varlığın maket olduğu bildirilir. Həmçinin ərazidə olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bulvar ərazisindəki nəhəng varlıq tez-tez sulansa da, heç kim yaxına buraxılmır. Bulvar ərazisində işləyən təsərrüfat işləri ilə məşğul olan şəxslər də nəhəng varlığın maket olduğunu söyləyiblər. 2 gündür bütün ölkədə müzakirələrə səbəb olan “balina” ilə bağlı heç bir rəsmi açıqlama verilməməsi təəccüb doğurur. Müraciət etdiyimiz rəsmi qurumların heç biri bununla bağlı mövqe bildirməyiblər.ölkə)

Bu ərazilərə leysan düşəcək – Xəbərdarlıq

Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Günəşdə 31 dəqiqə davam edən böyük partlayış qeydə alındı

Alimlər Günəşdə X sinfinə yaxın güclü partlayış qeydə alıblar. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. “Noyabrın 10-da saat 15:06-da (Bakı vaxtı ilə 16:06) 3889 (S07E26) Günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M9.5 partlayışı aşkar edilib”, - məlumatda qeyd olunub.

Kimlər hərbi xidmətdən azad ediləcək? - AÇIQLAMA

Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, indi elə bir zaman gəlib ki, süni intellekt və robot texnologiyaları orduların döyüş qabiliyyətinin artırılmasında mühüm bir həlqəyə çevrilib: “Bütün bunların idarə olunması üçün yüksək biliklərə, intellektə malik hərbi qulluqçular lazımdır. Buna görə də yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər. Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir”.

Tramp Pentaqona rəhbərliyi ona tapşıracaq

ABŞ-ın keçmiş müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller yeni seçilmiş prezident Donald Trampın administrasiyasında Pentaqona rəhbərlik edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Qardian” yazıb. Bildirilib ki, Miller Trampın ilk prezidentliyinin son mərhələsində - 9 noyabr 2020-ci ildən 20 yanvar 2021-ci ilə qədər qısa müddət ərzində müdafiə naziri vəzifəsini icra edib. Pentaqonu rəhbəri postuna digər namizəd Florida ştatından ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Ultsun da adı çəkilir. Qeyd edək ki, keçmiş dövlət katibi Mayk Pompeonun adı müdafiə naziri vəzifəsinə namizəd kimi çəkilsə də, Tramp çıxışında onun yeni administrasiyada yer almayacağını demişdi.

İsveç hərbi kəşfiyyatının rəhbəri Kiyevə getdi

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyevdə Hərbi Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Tomas Nilssonla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib. Məlumata görə, görüşdə Ukrayna və İsveç hərbi kəşfiyyatı arasında əməkdaşlıq müzakirə edilib. Nilsson Kiyevə İsveç kəşfiyyatı tərəfindən lazımi dəstəyin davam edəcəyini deyib.

Qəzzada ölən jurnalistlərin sayı açıqlandı

2023-cü ilin oktyabrından bu günə kimi Qəzza zolağında baş verən əməliyyatlar nəticəsində 188 jurnalist həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb. Məlumata görə, jurnalistlərin bir hissəsi öz ailə üzvləri ilə birlikdə öldürülüb.

Pompeo yüksək vəzifəyə gətirilir - CBS

Keçmiş dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni müdafiə naziri ola bilər. Sozcu.az xəbər verir ki, bu iddia ilə CBS Nyus çıxış edib. Nəşrin mənbəsinin məlumatına görə, Tennessi ştatından respublikaçı senator Bill Hagerti (ABŞ-ın Yaponiyadakı keçmiş səfiri) dövlət katibi, ABŞ Milli Kəşfiyyatının direktoru Con Ratkliff isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini tuta bilər. Qeyd edək ki, bundan öncə “Politoko” nəşri senatorlar Rubio və Hagerti, eləcə də Qrenellin dövlət katibi vəzifəsinə namizəd olduqlarını yazmışdı, müdafiə naziri kimi isə senator Tom Kotonun adı hallanır.

Tramp Harrisə yardım təklif etdi: Ödəməyə hazıram

Demokratlar Partiyasının milyonlarla dollarlıq borcunu ödəməyə hazırıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib. “Çox təəccüblənirəm ki, 2020-ci il prezident seçkilərində əzmlə və cəsarətlə mübarizə apararaq, rekord məbləğdə pul yığan demokratların pulu qalmayıb. Bir partiya olaraq və çox ehtiyac duyulan birlik naminə bunu etməyi təklif edirəm. Çoxlu pulumuz qalıb”, - Tramp bildirib. “Deyli Meyl” nəşrinin məlumatına görə, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası 20 milyon dollar borc yaranmasına gətirib çıxarıb.

Bakıya yağış yağdı: Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 mm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

991-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 991-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 708 890 hərbçi, 9 249 ədəd tank, 18 726 ədəd zirehli döyüş maşını, 20 280 ədəd artilleriya sistemi, 1 245 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 996 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 28 683 ədəd avtomobil texnikası, 18 619 ədəd PUA, 2 634 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 604 xüsusi avadanlıq itirib.

Azərbaycandan Rusiyaya gedən miqrantların sayı artdı

2024-cü ilin ilk 3 rübündə – 9 ay ərzində Rusiyaya gedən əmək miqrantlarının sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Vahid İdarələrarası İnformasiya və Statistika Sistemi yayıb. Bildirilib ki, ölkəyə ən çox miqrant Özbəkistandan gəlib – 1 milyon 748 min. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (1 milyon 605 min) 143 min nəfər çoxdur. İkinci yerdə Tacikistan 986 min nəfərlə gəlir. Tacikistandan da Rusiyaya gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə (884 min) 102 min artıb. Qırğızıstandan gedənlərin sayı (570 min) ötən illə müqayisədə (517 min) 53 min artıb və ölkə 3-cü yeri tutub. Qazaxıstan 4-cü yerdədir – 147 min (ötən ilin eyni dövründə 107 min olub). Ermənistandan gedənlərin sayı dəyişməyib – bu il də 142 min olub (5-ci yer). Azərbaycandan gedən əmək miqrantlarının sayı isə 104 minə qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (93 min) bu, 11 min çoxdur və bu rəqəmlə ölkəmiz 6-cı olub.

Trampdan Zelenskiyə: Mənimlə xoşbəxt olacaqsan!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığı zamanı xoşbəxtlik vəd edib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. "Söz verirəm ki, mənimlə xoşbəxt olacaqsan", - Tramp deyib. Xatırladaq ki, bundan əvvəl Trampın Zelenski ilə söhbətində amerikalı iş adamı İlon Maskın iştirak etdiyi bildirilirdi.