Aygün Kazımovanın 1.4 milyonluq səhifəsi oğurlandı

Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan instaqram səhifəsi oğurlanıb.  Sozcu.az xəbər verir ki, onun bütün paylaşımları silinib. Sənətçinin səhifəsindəki profil fotosu da dəyişdirilib. Məlumatı müğənninin prodüseri də təsdiq edib.

15 yaşda evdən qaçdı, əmisi onu öldürmək istədi - Haqqında bilmədiklərimiz - VİDEO

Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə çoxuşaqlı ailədə anadan olub. 5 uşaqlı ailənin ilk övladı olan Aygünün anası uşaqları hər gün Aygünə əmanət edib işə gedirmiş. Aygün ailəsinin qayğılarına o qədər aludə olub ki, orta məktəb təhsilini belə düzgün formada ala bilməyib. Aygün ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinifi üzrə alıb. Aygün Bəylər müsahibələrinin birində belə deyib: "15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Çünki toyda oxuduğu üçün atam məni öldürəcəkdi. Rəfiqəm Elnarənin evində qalırdım. 15-16 yaşımdan tək ev tutub yaşamağa başladım. Anam 180 rubl maaş alırdı, mən isə bir toydan 100 rubl pul qazanırdım...". Daha ətraflı video-materialda:

Aygün Bəylərin qızı anası ilə vidalaşır - FOTO

Bu gün Əməkdar artist Aygün Bəylər ilə Səttar Bəhlulzadə adına mədəniyyət sarayında vida mərasimi keçirilir.  Vida mərasimdə xanəndənin ailə üzvləri, yaxınları və  sənət yoldaşları iştirak edir.  Xanəndənin qızı Canana da anası ilə vidalaşır. Xatırladaq ki, Aygün Hümmətova bu il yanvarın 6-da gecə saatlarında Türkiyənin paytaxtı Ankarada vəfat edib. Xanəndə 1975-ci ildə avqustun 22-də Bakıda doğulub.

Aygün Bəylərin nəşi bu saatda Bakıya gətirilir - Açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ötən gün Ankarada vəfat edib. Sozcu.az bildirir ki, Aygün Bəylərin prodüserinin qardaşı Zahid bəy Teleqraf.com-a açıqlamasında əməkdar artistin nəşinin bu gün ölkəmizə gətiriləcəyini bildirib: "Aygün Bəylərin nəşi saat 16:00-da Ankaradan Bakıya gətiriləcək". Qeyd edək ki, Aygün Bəylər uzun sürən xəstəlikdən vəfat edib.

Əməkdar artist Gülbahar Şükürlü VƏFAT ETDİ

Əməkdar artist Gülbahar Şükürlü vəfat edib. Bu barədə aparıcı Nuran Hüseynov (Hacı Nuran) instaqramda bildirib. Qeyd edək ki, 62 yaşlı qarmon ustası uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Müğənninin anası faciəli şəkildə öldü

Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.

Tiktoker Aysun həbs edildi

TikTok-da “axundova__302_” adı ilə tanınan Aysun Mirişli həbs edilib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verie ki, tiktoker narkotik dövriyyəsində ittiham olunur. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Mirişli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Hakim isə bunu sübut edəcək sənədin olmadığını əsas gətirərək seçilmiş qətimkan tədbirini dəyişdirməyib.

“Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!”

“Televiziyaların mövqeyi bəllidir, gecə-gündüz pul qazanmaqla məşğuldurlar, gecə saat 2-də də reklam verirlər, reklam üstə bir-birlərini qırırlar.  Azərbaycan xalqı aldadılır. Başa düşdük, bəzilərinin böyüyü, abrı-həyası yoxdur, bəs gecə-gündüz onları təbliğ edən telekanallara nə deməli?!”  Bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.  Yerli telekanalları sərt şəkildə tənqid edən kinorejissor vəziyyətlə bağlı həyəcan təbili çalınmalı olduğunu deyib:  “Eyni adamlar gün ərzində müxtəlif kanallarda olur, oradan bura, burdan ora qaçırlar. Boş, mənasız, sözləri biabırçılıq olan mahnılar... Heç birinin ritmi, istedadı yoxdur, hamısı xaric oxuyurlar. Artıq meyxanaçılar müğənnilik etməyə başlayıblar. Onlara telekanallarda 3 saatlıq vaxt ayrılır”.  Ə.Mahmudbəyov yerli telekanallarda baş alıb gedən özbaşınalığa etirazını bildirib:  “Bir dəfə telekanalların birində dedim ki, bu adamları haradan tapıb çıxarırsınız? Özünüzün xüsusi axtarış qrupunuz var? Harada arvadını, uşağını atan, əxlaqını satan varsa, tapıb gətirirlər. Sanki telekanalın işçiləri Azərbaycanı qarış-qarış  gəzir ki, harada mənəviyyatsız, əxlaqsız, tərbiyəsiz, başıpozuq ailələri axtarıb tapırlar və efirə çıxarırlar. Dəhşətdir!  Televiziya dünyanın ən dəhşətli təbliğat silahıdır. Hamının evində, mətbəxində, maşınındadır”.  O, aidiyyəti qurumların telekanallara ciddi nəzarət etməli olduğunu vurğulayıb:  “Bu işlə əlaqədar strukturlara dəfələrlə müraciət etmişəm. Qardaşlar, artıq geriyə yol yoxdur, biabırçılıqdır. Efirə çıxan qadınların çoxunun yəqin ki, ailə tərbiyəsi, təhsili yoxdur, özləri bilər. Bu onların problemidir. Amma sən onları efirə çıxarırsansa, bu artıq böyük problemdir. Həmin verilişləri dayandırın! Rüsvayçılığı bitirin, artıq hər şey əldən gedir. Televiziya rəhbərlərinin məqsədi nədir? Qardaş, bizdən nə istəyirsiniz?! Gül kimi sənətkarlarımız, mədəniyyətimiz var, niyə onları təbliğ etmirsiniz?!  Abrımızı, ismətimizi qoruyun, nə olar ki?  Bunu qoruyun ki, sabah axirət dünyasına, babalarımızın, qeyrətli kişilərimizin yanına üzü ağ gedək. Bu adamların ucbatından gedib orada qınaq yiyəsi olmayaq. Hər şey ciddi nəzarətə götürülməlidir, həmin biabırçı verilişlər dayandırılmalıdır. O aparıcılar xalqa hesabat verməlidir ki. məqsədləri nədir və “debil”, xəstə insanları haradan axtarıb tapırlar”. 

Selena və Teylor Qəzzaya belə dəstək oldu

Dünyaca məşhur müğənnilər Selena Qomez və Teylor Svift gəlirləri Qəzzaya göndərilmək üçün təşkil olunan komediya şousunu izləməyə qatılıblar. Sozcu.az xəbər verir ki, humanitar yardım üçün toplanacaq pullar üçün keçirilən şou Bruklində baş tutub. Qomez və Sviftlə yanaşı Kara Delevin, Anna Taylor Coy və Zoe Kravits də izləyicilər arasında olub. Qeyd edək ki, Qəzzada 7 oktyabrdan baş verən hücumlardan bu yana ölənlərin sayı 18 min 205 nəfərə çatıb. Yaralananların sayı isə 49 min 645-ə yüksəlib.

Buna görə Amerikadan Türkiyəyə qayıtdı

Türkiyəli aktrisa Meltem Cumbul 2 il aradan sonra ekrana qayıdır. Sozcu.az xəbər verir ki, aktrisa Mahsun Kırmızıgülün "Güzel atlar diyarı" serialında rol alacaq. Amerikada yaşayan aktrisa bunun üçün Türkiyəyə gəlib.  Qeyd edək ki, Meltem son olaraq "Kırmızı oda" serialında rol alıb.

“Dedi ki, ağzını dağıdaram, anama nə deyirsən?” – Aşıq Namiq döyülməsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, tanınmış aşıq Namiq Fərhadoğlu Zabitlər parkında gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. Sozcu.az xəbər verir ki, Aşıq Namiq Fərhadoğlu ATV-nin efirində yayımlanan "Rəngarəng səhər" proqramına qoşularaq məsələ ilə bağlı danışıb. Ətrafı:

"Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb..." - Elnarə Abdullayeva

"Bir Azərbaycan kişisinin mənə qarşı artıq-əskik danışdığını görməmişəm. Nə də mənə artıq-əskik təklifi görmədim. Mən bütün azərbaycanlı kişilərinə qeyrətli baxıram. Çünki mənimlə qeyrətlə davranırlar". Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Düzünə qalsa" verilişində deyib. Sənətçi xoşaqəlməz həyat tərzi keçirən qadınları sözləri ilə yerdən yerə vurub: "Həyatda məcburu heç nə yoxdur. Bizim xalqın kişiləri qeyrətli, vicdanlıdır. Kişi əsəbiləşib çıxıb gedə bilər çölə. Çöldə o kişi qız, qadın görməsə qoltuğuna pişiyi, çaqqalı vurub aparmayacaq ki, harasasa... Çıxıb, əsəbiləşib yenidən qayıdacaq evinə. Ortalığı qarışdıran isə qadındır. Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasasa aparır? Hə? Niyə? Niyə axı sən özünü bu günə qoyursan? Mən bu cür qadınları qınamıram, onlardan ötrü ağlayıram. Niyə axı bir qadına kişilər altdan-yuxarı və ya yuxarıdan-aşağı baxmalıdır?  Olmaz ki, çətin yaşayın, amma qürürla yaşayın və özünüzdən muğayat olun?!"