Bakı şəhərində yerləşən parkların birində ağaclar kəsilib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında ağaclar kəsilib. Xətai Rayon İcra Hakimiyyəti parkda ağacların kəsilməsi barədə açıqlama verib. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə quruyan ağaclar kəsilib: “Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Hazırda onların yerinə yeni ağaclar əkilir”. Qeyd edək ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanmışdı. 2021-ci ilin avqust ayında park açılıb.
İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar. "Azərbaycan Reallığı" xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır.Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir. “Lotereya” Bəlkə də dırnaq içində yazıldığına görə orfoqrafik səhv axtaracaqsınız. Xalq zəhmətkeşdir.Niyə axı zəhmətkeşin cibindən onun öz əli deyil,tənbəl yaxud oyunbaz pulunu çıxartsın. Lotereya qumardır. Peşəsinə sadiq qalıb, onlarla sosial media hesabları hay-həşir salır. Hardasan “Misli” nə bilim “Poz Qazan”? Lotereya oyunları dünyanın bəzi ölkələri istisna olmaqla hər yerdə var. Dünya təcrübəsi göstərir ki, loto oyunlar nəticə etibarilə həm insanların boş vaxtlarının səmərəli və əyləncəli keçməsinə xidmət etməli, həm də iqtisadi fəaliyyət növü kimi dövlətə və cəmiyyətə sosial-iqtisadi fayda verməlidir. Azərbaycanda lotereya oyunları rəsmi olaraq 2001-ci ildə yaradılan “Azərlotereya” ASC tərəfindən keçirilir. 2021-ci ildə “Azərlotereya”nın xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib. Lotereya qumardısa, qumarda tüfeyli həyat tərzidir. Qumarın leqallaşdırması, adına nə qoyur-qoysun – “Poz, qazan”, nə bilim, lotereya – məhsul eynidir. Bu, bütün dünyada var. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür. Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib. Faktlar var ortada.Qurum özü 2022-ci ilin ən yüksək uduş məbləğinin 1000 AZN olduğunu açıqlayıb. Maraqlı olan bu deyil? Maraqlısı olan odur ki,ortada gəzən bəzi insanlar 25-30 min qazandığından dəm vurur. Bu insanlar kimlərdir? Təşkilatçı cibəgirənlərin 10-15 manatını cibində gəzdirənlər. “Misli” “Poz Qazan” və başqaları… Məlumatlar verilir ki, bu kimi təşkilatların sayı cari ildə dahada artacaq. Qoy artırılsın. Pozaq. Qazanmaq istəyən pozsun. Unutmayın pozanlar sadəcə kağız kirini pozmurlar,həmdə həyatlarını pozurlar. “Misli” kimilər uğurlu fəaliyyətləri ilə davam edir. O zaman bizdə davam edəcəyik.
Bu gün bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək. Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır. Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.