Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 23-ü saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az verilən xəbərə görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.

71 yaşlı qadın su quyusuna düşərək öldü

Kürdəmirdə qadın yaşadığı evin həyətyanı sahəsindəki su quyusuna düşüb.  Sozcu.az verir verir ki, hadisə rayonun Qarasaqqal kəndində qeyd alınıb.  Hadisədə 1953-cü il təvəllüdlü Xəzəngül Cəfərova ölüb.  Araşdırma aparılır. 

Jurnalistin avtomobilini vuran şəxs hadisə yerindən qaçıb

Jurnalist Rövşən İldırımın avtomobilini vuran şəxs hadisə yerindən qaçıb. Avtomobili əzilən Jurnalist Sozcu.az-az saytı vasitəsi ilə Daxili İşlər Nazirliyinə müraciət edib.  Hadisə  bu gün - 22 aprel 2024 -cü il saat 17:00 -da Mehdabad qəsəbəsində baş verib.  99 PT 834 nömrəli  və arxasında qoşqu olan "Changan” markalı avtomobil Rövşən İldırıma məxsus avtomobili vuraraq hadisə yerindən yayınıb.  Rövşən İldırım DİN-dən hadisəni törədən avtomobilin sahibini tapmağı və ona dəyən zərərərin ödənməsinə köməklik etməyi xahiş edir. 

Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi

Baş Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərə qısamüddətli mühafizə orderinin verilməsi qaydası barədə məlumat açıqlayıb. Məişət zorakılığı (fiziki, psixi, cinsi, iqtisadi xarakterli) törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyətlər tətbiq oluna bilər. Bu məhdudiyyətlərin əks olunduğu sənəd (akt) mühafizə orderi adlanır. Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 1. məişət zorakılığının təkrar törədilməsi; 2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarılması; 3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Qısamüddətli mühafizə orderinin verilməsi Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Yerli icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya yerli icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Sabaha yağış gözlənilir

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 % olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Yasamalda 4 kq narkotik ələ keçirildi

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib. H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nın əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Havanın hərarəti 31 dərəcəyə yüksəlib – FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Sozcu.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Ceyranbatan kanalında hadisə: bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib. Əlavə məlumat veriləcək.

Sabahın hava proqnozu: 30 dərəcə isti

ETSN Milli Hidrometeorologiya Xidməti aprelin 21-də gözlənilən hava şəraiti barədə proqnozu açıqlayıb. Sozcu.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Hava şəraiti ilə bağlı - Xəbərdarlıq

Aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, Tağıyev İlqar Nizami oğlunu və Tağıyev Nizami Haqverdi oğlunu da məhkəməyə verib. İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki oteli ilə bağlıdır. Bu otelin tikintisinə 2008-ci ildə icazə verilib. Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub. Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir. Baş verənlərlər bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb. Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, Tağıyev İlqar Nizami oğlunu və Tağıyev Nizami Haqverdi oğlunu da məhkəməyə verib. İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki oteli ilə bağlıdır. Bu otelin tikintisinə 2008-ci ildə icazə verilib. Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub. Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir. Baş verənlərlər bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb. 

Bankların kredit fırıldağı - Müştərini belə aldadırlar

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və cəlbedici şərtlərlə təklif olunan kreditlərlə bağlı zamanla problemlər meydana çıxır. Əksər hallarda, kredit kartından istifadə etmiş vətəndaş ödəməli olduğu vəsaitin üzərinə faizin gəldiyini görür. Lakin çox vaxt faizlər müqavilədə qeyd olunan tarixdən daha tez tətbiq olunur. Bu isə kredit götürmüş vətəndaş üçün müəyyən problemlər yaradır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əksər banklar kredit müqaviləsi tərtib edərkən istehlakçıya yetərincə məlumat təqdim etmir:  “Müqavilələrin tərtib edilməsi və vətəndaşların bu barədə məlumatlandırılmasındakı çatışmazlıqlarla bağlı məsələlər daim gündəmə gəlir. Bu məsələləri mütəmadi olaraq biz də gündəmə gətiririk. Əhalinin maliyyə məsələləri ilə əlaqədar məlumatlılıq səviyyəsinin artırılması vacibdir. Tərəflər arasında hər hansı bir razılıq əldə olunursa, bu detallar izah olunmalıdır və daha sonra müştəri üçün hansısa sürpriz olmamalıdır. Müqavilələrin tərtib qaydaları, ifadələrin və şriftlərin seçilməsinə qədər məsələ müzakirə olunur. Eyni zamanda böyük ehtimalla qarşı tərəfin, yəni istehlakçının tələbinin də müəyyən qədər aşağı olmasından qaynaqlanır. Çünki istehlakçılar adətən hər hansı bir vəsaitə ehtiyac olanda və ya kredit götürəndə daha qısa müddətə nəticə əldə etmək üçün şərtləri daha dərindən araşdırmırlar. Düşünürəm ki, istehlakçıdan daha ciddi tələblər gələrsə, bankların da daha məsuliyyətli davranışına və müqavilə şərtlərinin təkmilləşdirilməsinə gətirib çıxarar. Amma bu istiqamətdə hər hansı bir tələbin aşağı olduğunu düşünürəm”.  Ekpsert vətəndaşları müqavilə şərtlərinə daha diqqətlə yanaşmağa çağırıb: “Peşəkar inkişaf strategiyası olan bir bank hansısa fırıldaqçılıq hallarına yol verməməyə çalışmalıdır. Problem ondan ibarətdir ki, banklar şərtləri aydın izah etmirlər. Banklar müxtəlif müqavilə bəndlərinə istənilən şərti əlavə edərək, istənilən zaman bu şərtləri dəyişə bilirlər. Bu hal kredit kartlarında daha geniş yayılıb. Məsələn, hansısa bank istehlakçıya kredit və debet kartlarını təqdim edərkən, əlavə dəyər vergisinin qaytarılmasının 2 qatını təklif edir. Lakin 1-2 ay keçəndən sonra məlum olur ki, bu seçim dayandırılıb. Seçimin dayandırılması ilə bağlı isə vətəndaş məlumatlandırılmır. Vətəndaş hər hansısa müqavilə imzalayarkən təqdim olunan bütün şərtlərlə tanış olmalıdır. Eyni zamanda banklar da müqavilə təklif edərkən, bütün şərtləri izah etməlidirlər”.