Natəvan Babayeva dəfn edildi

Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva dəfn edilib. Sozcu.az xəbər verir ki, o, Salyan rayonunun Parça Xələc kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bakıda şirkət maşını qəza törətdi: ölən var

Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Elməddin Seyidov Amburan İK MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bu tarixdən bağçalara qəbul başlayır

İyulun 25-də məktəbəqədər təhsil müəssisələrinə (bağça) qəbul başlayır. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.

Qaxda insident: qohumunu ov tüfəngi ilə güllələdi

Qax sakini güllələnib, qohumu saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

AZAL Naxçıvana uçanları susuz qoydu — ŞİKAYƏT

Sosial şəbəkələrdə AZAL-la bağlı daha bir şikayət yayılıb. Sozcu.az xəbər verir ki, bu dəfə AZAL-ın Naxçıvan reyslərində xidmətin bərbad olması, sərnişinlərə yemək və içki verilməməsi narazılıq doğurub. Qeyd olunur ki, əvvəllər sərnişinlərə çay, kofe təklif olunsa da, artıq şirkət onları bundan da məhrum edib. "AZAL-ın təklif etdiyi çaydan, kofedən, şirniyyatdan dəfələrlə yazmışıq. Biabırçılıq idi. 2 həftə əvvəl gedəndə təklif edilən kofedən istədim, amma kofe deyildi. Şirniyyat olaraq verdikləri məhsulun üzərində isə ad, istehsal tarixi və s. yoxdur. Artıq bu problem "həllini tapdı". Çünki daha AZAL sərnişinlərə heç nə vermir", - deyə bildirilib.demokrat

Masallıda taxıl sahəsi qəsdən yandırıldı - Video

Masallı rayonunda taxıl sahəsinin xüsusi qurğu vasitəsilə qəsdən yandırılması faktı aşkarlanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 30-da Masallı rayonunun Qəriblər kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bu istiqamətdə araşdırma aparan DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yanğın baş vermiş ərazidə üzərində xüsusi böyüdücü lupanın yerləşdirildiyi qurğunun aşkar edilməsi barədə məlumat daxil olub. İdarənin əməkdaşları tərəfindən hadisə yerində qurğuya baxış keçirilərkən onun üzərində həqiqətən də lupanın yerləşdirildiyi və günəş şüalarının fokuslaşması nəticəsində günün isti vaxtlarında quru otların alışmasına şərait yaratdığı müəyyən edilib ki, bu da yanğının qəsdən törədilməsinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Bu ərazilərimizə intensiv yağış yağdı

İyulun 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı: Astarada 54 mm, Biləsuvarda 39 mm, Balakəndə 36 mm, Lənkəranda 34 mm, Yardımlıda 28 mm, Neftçalada 24 mm, Lerikdə 22 mm, Sabirabadda 18 mm, Qax 17 mm, Göytəpə, Şəkidə 15 mm, Şahdağ, Oğuzda 9 mm, Qrız, Beyləqan, Qəbələ, İmişli, İsmayıllı, Qobustan, Şamaxı, Xaltan, Şahbuz, Ordubad, Naftalan, Altıağac, Quba, Tərtər, Göyçay, Zərdabda 6 mm-dək olub. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Duman: Şamaxı, Qrız, Lerik, Şahdağda duman müşahidə olunub. Külək: İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 m/s, Naftalan, Zaqatalada 18 m/s-dək güclənib. Havanın maksimal temperaturu: İyulun 17-sı Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub. İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Bakıda qadını vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutulub.  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Azərbaycana qar yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib. İyulun 17-si gecə saatlarında Şahdağın 2 800 metr yüksəkliklərinə qar yağıb. Düşən yağıntının miqdarı: Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 mm (aylıq normanın 223%-i), Xaltanda 30 mm (aylıq normanın 53%-i), Qrızda 26 mm (aylıq normanın 46%-i), Astarada 24 mm (aylıq normanın 72%-i), Qusarda 21 mm (aylıq normanın 70%-i), Qəbələdə 20 mm (aylıq normanın 27%-i), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154%-i), Qobustanda 15 mm (aylıq normanın 92%-i), Şahdağda 19 mm (aylıq normanın 64%-i), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın iki misli qədər) olub. Külək: Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Ağsuda 4 yaşlı uşağı elektrik cərəyanı vurub

Ağsu sakinini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, xəbər verir ki, hadisə nəticəsində Ağsu sakini 2019-cu il təvəllüdlü Zülfüqarov Telman Əvəzxan oğlu dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.(apa)

Taksilərlə bağlı bu qanun təsdiqləndi

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb. Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bakıda ustanı elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ

Bakıda ustanı elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Oğuz rayonunun Şirvanlı kənd sakini, 1977-ci il təvəllüdlü Vüqar Telman oğlu Qasımzadə Bakıda usta işlədiyi yerdə elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Məlumata görə, 46 yaşlı V.Qasımzadə bir müddət idi ki, paytaxtda usta işləyirdi. Faktla bağlı araşdırma aparılır.//Report