64 nəfər məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmayıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində nəzarət tədbirləri davam etdirilir. Belə ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb. Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
Xəbər verdiyimiz kimi, Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb. Bu əməlinə törədən şəxsə inzibati həbs cəzası verilib. Ancaq cəmiyyətdə həmin cəzaya narazı olanlar var. Bəzi adamlar iddia edirlər ki, belə insanlara qarşı ictimai qınaq olunmalı, görənlər salam verməməli, nə yasına, nə toyuna gedilməlidir. Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, bu hadisədə bütün səbəblər araşdırılmalıdır: “Əvvəla, bu hadisənin motivləri araşdırılmalıdır ki, bu adam ağıldan kəmdir, yaxud haçansa bu ailə ilə, insanla düşmənçiliyi olub? Bütün bunlar araşdırılmalıdır. Həm də belə başa düşdüm ki, artıq inzibati cəza verilibsə, səbəblər araşdırılaraq, cəza təyin olunub. Təbii ki, hər hadisəyə görə Cinayət Məcəlləcisini dəyişmək mümkün deyil.O ki qaldı el qınağına, əlbəttə, bu olmalıdır. Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə, salamı kəsə, yaxud onu heç dirdirməyə bilərlər. Ancaq iinzibati cəzaya etiraz etmək yersizdir. Bir daha qeyd edim ki, məhkəmə o işi ətraflı araşdırıb və belə bir qərara gəlib”. B.Vəziroğlu qeyd edib ki, bizim cəmiyyətin özünəməxsus cəzalandırma formaları var: “El qınağı da öz yerində, onu heç kəs qadağan edə bilməz. Bura Azərbaycandır. Bizim cəmiyyətin də özünə görə hökmü, cəzalandırma metodu var. Salam vermək istəməyənlər, yaxud yasına, toyuna getməməyi təklif edənlər də özünə görə haqlıdır. Çünki deyirik ki, şəhid məzarı, şəhid ruhu müqəddəsdir və ona yalnız baş əymək, ehtiram göstərmək lazımdır. Bunun müqabilində belə bir hərəkət təbii ki, el qınağına tuş gəlməlidir”.
Vətəndaşların bir çoxunun tıxaca düşməmək üçün daha çox istifadə etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Onlar metro vasitəsilə gedəcəkləri yerə daha tez çatmaq istəyirlər. Ancaq günümüzdə metrodakı sıxlıq, xüsusilə, köhnə tipli, kondisionersiz qatarların çoxluğu sərnişinlərin işini çətinləşdirir, hətta hamam otağını xatırladan qatarlarda halı pisləşənlərin sayını artırır. Havalar nisbətən sərinləşsə də, qatarlardakı isti hava daha düzünü desək, havasızlıq saunadan fərqlənmir. Pik saatlardakı sıxlığı da üstünə gəlsək, metrodan, konkret desək, qatardan çıxan sərnişinlərin sanki duş qəbul edib, hamam otağından çıxdığının şahidi olursan. Maraqlıdır XXI əsrdə və inkişaf etmiş müasir dövrdə metro platformalarında və ya qatarlarda niyə lazımi sərinləmə tədbirləri görülmür? Köhnə tipli qatararlara kondisioner quraşdırmaq mümkün deyilsə, xətdən çıxarılıb, yeniləri ilə niyə əvəzlənmir? Gediş haqqı artırıldığı halda sərnişinlərə niyə yetərli xidmət göstərilmir? Bizim.Media-ya məsələ barədə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov suallarımıza belə cavab verib: “Köhnə tipli qatarlara kondisioner quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla bağlı istehsalçı müəssisənin də rəyi var. Belə prosesin mümkün olması üçün qatar sökülməli, yenidən lahiyələndirilərək yığılmalıdır. Bu, faktiki olaraq yeni qatar yığmaq deməkdir. Çünki bu zaman soyuducu quraşdırılmalı, hava və soyuducu xətlərinin müvafiq kanalı olmalı, elektrik sistemi yenidən qurulmalıdır”. Müsahibimiz “Bakı Metropoliteni”ində 3 xətt istiqamətində hərəkət edən 61 qatardan yalnız 23-nün yeni tipli qatarlar olduğunu açıqlayıb: “Bunların 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si isə Dərnəgül-Həzi Aslanov istiqamətində yaşıl-qırmızı xətlər üzrə olmaqla hərəkət edir. Köhnə qatarlar istismar müddətini bitirdikdən sonra xəttdən çıxarılır, yeni tipli qatarlarla əvəz edilir. 3 illik müqaviləyə əsasən ümumi 13 yeni qatar alınacaq, bunlardan 7-si bu il Bakıya gətirilərək xəttə buraxılacaq. Nəticədə, xətdə yeni tipli qatarların sayı daha çox olacaq”. Bəxtiyar Məmədov onu da vurğulayıb ki, sərnişinlər daha çox yeni qatarlara minməyə üstünlük verir və yeni qatarların sayı da buna imkan verir. O əlavə edib ki sentyabrın 16-sı tədris ilinin başlanmasıyla metropolitenin hərəkət qrafikində dəyişiklik olacaq. Maraqlıdır, 23 təzə qatarın hər biri gün ərzində xəttdə buraxılır? Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib: “23 təzə qatarın hər biri gün ərzində xəttə buraxılır. Düzdür, 12-20 saat ərzində xətt üzərində olan qatara qət etdiyi məsafədən asılı olaraq baxış, qulluq, texniki xidmət növləri var və qatar müəyyən məsafədən sonra bu proseslərdən keçir. Bu hallar istisna olmaqla, təzə qatarlar gün ərzində dövri olaraq xətt üzərində olur. Çünki bunlar elektronika ilə təchiz olunub. Qatar nə qədər çox işləsə, onun daxilindəki sistemin tarazlı, normal işləməsi mümkündür. Hətta, pandemiya dövründə problemlərimizdən biri də bu idi ki, sərnişinlərin metroya girişinə məhdudiyyət qoyulduğu üçün qatarların boş qalıb işləməməsi idi. Çünki elektron sistemi rütubətli yerdə çox qalarsa, bu onun sisteminin sıradan çıxmasına səbəb ola bilər. Gətirilən yeni 7 qatar da sınaq işləri başa çatdıqdan sonra da dövri olaraq xəttə buraxılacaq”,- deyə müsahibimiz cavablayıb. Bəxtiyar Məmmədovun fikrincə, yeni tipli qatarların sayı nə qədər çox olsa, narazılıqlar o qədər az olacaq: “2018-ci ildə sərnişinlər arasında aparılan sorğuda onların 100%-i də qatarların kondisioner sisteminin olmamasından narazı idi. Amma ötən ilin və bu ilin əvvəlində aparılan sorğuda narazı olanların sayı 50%-dən aşağıdır. Səbəbi isə yeni qatarların sayının artırılmasıdır və bu da davamlı prosesdir, sadəcə hamısını eyni anda yeniləmək qeyri-mümkündür.
Bu gündən etibarən iki gün ərzində geomaqnit qasırğası olacaq. Bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb. Bu hadisə insanlar arasında da təsirsiz ötüşmür. Bəs ən çox kimlər risk altındadır? Təhlükədən özümüzü qorumaq üçün nə etməliyik? Mövzu barədə Nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, belə hallarda çölə çıxmamaq daha məqsədəuyğundur: vakansiyalar “Geomaqnit qasırğası zamanı daha çox xroniki xəstəlikləri olan və yaşlı insanlar risk altında olur. Həmçinin, bu sıraya ürək, qan-damar xəstəliyi olan şəxslər də daxildir. Sadalanan şəxslər bu günlərdə daha da ehtiyatlı olmalıdırlar. Adi insanlarda da geomaqnit qasırğası öz təsirlərini yuxusuzluq, əsəb, narahatlıq kimi hallarla göstərə bilər. Ancaq xroniki xəstəliyi olan insanlarda geomaqnit qasırğasının güclənməsi ilə bir sıra fəsadlar ortaya çıxa bilər. Ürək xəstəliyi olan insanlarda insult kimi ağırlaşmaların ortaya çıxma ehtimalı yüksəkdir. Arterial təzyiq və şəkərli diabet xəstələri də belə vaxtlarda diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməlidirlər. Açıq hava yerinə qapalı məkanlarda vaxt keçirmək daha təhlükəsiz sayılır. Əgər xüsusi və vacib bir tədbirləri yoxdursa, evdən çıxmamaq tövsiyə olunur. Bundan əlavə olaraq, bol maye qəbulu, yuxu rejiminə diqqət etmək, stresə düşdükdə sakitləşdiricilər, yuxusuzluq fonunda dərman qəbul etmək olar”. Həkim insanlara elektronik əşyalardan uzaq durmağı və həkimə müraciət etməyi tövsiyə edib: “Azyaşlılarda da halsızlıq, baş ağrıları, iştahsızlıq kimi hallar meydana gələ bilər. Bu səbəbdən həm uşaqlara, həm də yetkin şəxslərə telefon, kompüter və digər elektronik cihazlardan bir qədər uzaq qalmaq tövsiyə edilir. Əgər geomaqnit qasırğası bitdikdən sonra da insanlar səhhətlərində narahatlıq hiss etməyə davam edərsə, bu zaman yaxşı olar ki, həkimə müraciət etsinlər”.
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq övladları üçün büdcələrinə uyğun müxtəlif məktəb ləvazimatları alıb. Şagirdlərə alınan məktəbli çantalarının ağırlığı müzakirə olunan mövuzlardan biridir. Məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqların 80%-dən çoxu məktəb yaşında çanta daşımalarına görə onurğa və kürək ağrıları yaşayır. Çantalar uşağın çəkisinin 10-15%-dən çox olduğu hallarda ağrılar daha da artır. ABŞ-da aparılan bir araşdırmada göstərilib ki, məktəbli çantalarının çəkisi uşaqların bədən çəkisinin orta hesabla 15%-ni təşkil edir, bu isə sağlamlıqla bağlı ciddi problem yarada bilər. İspaniyada aparılan araşdırmada isə qeyd olunub ki, məktəb yaşında olan uşaqların 60%-dən çoxu ağır çantaya görə kürək ağrılarından əziyyət çəkir. Uşaqların 30%-i həftədə ən azı bir dəfə kürək ağrılarından şikayə edir. Məktəbli çantalarının ağırlığı təkcə fiziki sağlamlığa deyil, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Ağır çanta daşıyan uşaqlar daha çox stress keçirir, məktəbdə və digər yerlərdə fəaliyyətlərə motivasiyasız yanaşırlar. Bu, uşaqların ümumi performansına mənfi təsir edə bilər. Sozcu.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov da məktəbli çantalarının ağır olmasının fəsadlarından danışıb. “Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır. Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş problemlərinin inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir. Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var”, - o qeyd edib. Travmatoloq məktəb çantası seçərkən diqqət edilməli məqamlardan söz açıb: “Məktəb çantasını seçərkən uşağın yaşı, boyu və çəkisini, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissəsi boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzunboylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasınlar”. Uşağın düzgün qamətinin 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşdığına diqqət çəkən mütəxəssis vurğulayıb ki, uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir. Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda, uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması isə ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və digər) inkişafı ilə nəticələnir. Onun sözlərinə görə, başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş problemlərinin yaranması mümkündür. “Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməli, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdə düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 santimetr olduğu təqdirdə masanın hündürlüyü 52, oturacaq isə 32 santimetr olmalıdır. Uşağın boyu 120-130 santimetr olduğu zaman isə masanın hündürlüyü 57, oturacaq 35 santimetr müəyyən edilib. Məktəblinin boyu 10 santimetr artdıqda masa və oturacağın hündürlüyü müvafiq olaraq 5 və ya 3 santimetr artır”, - deyə E.Məhərrəmov qeyd edib.modern)
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Nuridə Seyidova deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb: "Bizim Antalya Medical Parkla müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər". Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb: "Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürürdü." Müttəhim Aynur Bayramova bildirib ki, 2018-ci ildən Türkiyədə yerləşən Antalya Medical Parkda qan daşıyıcısı işləyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb. "Antalya Medical Parkdan Akif hoca Azərbaycana gəlmişdi. O, Talassemiya Mərkəzində xəstələri qəbul edirdi. Xəstəxana ilə əməkdaşlıq o vaxtdan bəri yaranmışdı. Nuridə ilə isə Fidan xanım vasitəsi ilə tanış olmuşuq. Nuridə bizə həmin vaxt 3-4 qaraciyər xəstəsi vermişdi. Onlardan birini əməliyyat da etdirmişdik. Antalya Medical Parkın Səlahəddin adlı əməkdaşı dedi ki, onların Nuridə ilə müqavilələri var. Oradan nümayəndələr gəlməli idi. Ona görə də Nuridəyə Çinar Plazada ofis götürməli olduq. Həmin vaxt xəstəxananın rəhbərliyi dedi ki, bizə xəstə yönəldəcəksən. Oradan gələn gəlirin 20 faizi sənə verəcəyik", - A.Bayramova deyib. Müttəhim qeyd edib ki, Nuridəyə xəstələri yönəldəndə onu bəzi məsələlərlə bağlı sorğu-sual edirmiş: “Nuridə onun sponsoru olduğunu deyib. Nuridə Seyidova xəstələrdən aldığı pulu dollara çevirib”. Məhkəmənin növbəti prosesi sentyabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Report
Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər. Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb. kapital bank vakansiya Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər. Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın 10-da baş verən tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.
Şamaxı-Bakı yolunun paytaxta giriş hissəsində 10-12 kilometrlik tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bununla bağlı fotonu tanınmış jurnalist Qurban Yaquboğlu sosial hesabında paylaşıb. Eyni zamanda tıxacla bağlı çətinlik hazırda Bakının daxilində də yaşanır. Vətəndaşlar bildirirlər ki, "Masazır kruqu" adlanan ərazidə 40 dəqiqədən çox tıxacda qalıblar. socar vakansiya Qeyd edək ki, Bakı şəhəri Formula 1 Azərbaycan Qran Prisinə 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Bununla əlaqədar paytaxtın əksər hissəsində yollar bağlanıb.,Musavat.com
Azərbaycanda ali təhsil almayan gənclərin əsgərlik müddəti 1 il 6 ay, ali təhsillilərinki isə 1 ildir. Ancaq magistr təhsili alan oğlanların əsgərlik müddətinində heç bir fərq yoxdur, yəni onlar da 1 il əsgəri xidmət keçirlər. Bəziləri bunu ədalətsiz hesab edir. Son günlər bununla bağlı müzakirələr yenidən intensivləşib. Bəzi sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, magistr təhsili alan oğlanlar 1 il deyil, 6 ay əsgərlik çəkməlidirlər. vakansiyalar Yaxın gələcəkdə magistrlərin əsgərlik müddətinin azaldılması mümkündürmü? Sozcu.az xəbər verir ki, Təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a bildirib ki, magistratura dərəcəsi alan şəxslərin əsgərlik müddətinin azaldılması məsələsi cəmiyyət və təhsil sahəsində bir sıra müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər. O, mövzu ilə bağlı bir neçə əsas məqamı qeyd edib: “Müsbət Təsirlər və Dəyişikliklər 1. Təhsilə marağın artması: Əgər magistratura dərəcəsi alan şəxslər üçün əsgərlik müddəti azaldılarsa, daha çox gənc magistratura təhsilinə maraq göstərə bilər. Bu da ali təhsilin ikinci mərhələsinə (magistratura) tələbənin cəlb olunmasını artıra bilər. Nəticədə, ölkədə daha çox ixtisaslaşmış kadr yetişdirilər və təhsilin keyfiyyəti yüksələ bilər. 2. Yüksək ixtisaslı kadrların artması: Magistratura təhsili alan şəxslərin iş bazarında daha yaxşı mövqeyə sahib olması nəzərə alınaraq, onların əsgərlik müddətinin azaldılması, bu şəxslərin daha tez iş bazarına daxil olmasına və təhsil sahəsində məhsuldarlığın artırılmasına kömək edə bilər. Bu, yüksək ixtisaslı kadrların sayını artıraraq ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər. 3. Elmi və tədqiqat işlərinin təkmilləşməsi: Elmi tədqiqat sahəsində magistr təhsilini seçənlərin sayı arta bilər. Təhsil müddətinin sonunda hərbi xidmətdən yayınmaq istəyən gənclər magistr təhsili ala bilərlər ki, bu da təhsil və elmi tədqiqatların inkişafına təkan verə bilər. Elmi işlərin sayında artım, elmi inkişaf və innovasiyaların təşviqinə müsbət təsir edə bilər”. Qərarın qəbul ediləcəyi təqdirdə yarana biləcək problemlər və mənfi təsirlərdən də danışan ekspert baş verəcək potensial problemləri 4 qrupa bölüb: “1. Əsgərlikdən yayınma məsələsi: Əgər magistratura təhsilinə qəbul olunduqda əsgərlik müddəti azaldılarsa, bəzi şəxslər bu fürsətdən yalnız əsgərlikdən yayınmaq üçün istifadə edə bilər. Bu, təhsil sistemində süni bir artıma, yəni tələbələrin sayının təhsilin keyfiyyətinə nisbətdə qeyri-mütənasibliyə səbəb ola bilər. Nəticədə, universitetlərdə magistratura proqramlarının tədris keyfiyyəti aşağı düşə bilər. 2. Resursların istifadəsində gərginlik: Magistraturaya daxil olan tələbə sayının artması universitetlərin tədris resurslarına, professor-müəllim heyətinə, tədqiqat laboratoriyalarına və digər təhsil infrastrukturuna əlavə təzyiq göstərə bilər. Universitetlərin təhsil vermə imkanlarının və resurslarının məhdud olduğu nəzərə alınarsa, bu, təhsil müəssisələrinin daha aşağı keyfiyyətlə təhsil verməsinə səbəb ola bilər. 3. Hərbi xidmət tələblərinin balanssızlığı: Əgər magistr təhsili alanların əsgərlik müddəti azaldılarsa, bu, hərbi xidmətin icrası baxımından bərabərsizliyə səbəb ola bilər. Ali təhsil almayan və ya bakalavr təhsili alan şəxslərlə müqayisədə, magistr dərəcəsi olanların az müddətdə hərbi xidmət göstərməsi bəzi gənclər arasında narazılıq və ədalətsizlik hissi yarada bilər. 4. Təhsildə keyfiyyətin azalması: Əsgərlik müddətinin azaldılması məqsədilə magistraturaya qəbul olunan şəxslər təhsilin keyfiyyətinə və dərinliyinə diqqət yetirməyə bilər. Bu, magistratura dərəcəsinin elmi dəyərinin azalmasına və iş bazarında belə dərəcələrin prestijinin düşməsinə səbəb ola bilər”. Kamran Əsədov vəziyyəti tənzimləmək üçün çıxış yolları da irəli sürüb. O qeyd edib ki, əgər seçici azaldılma sistemi, imtahan və müsahibə prosesinin gücləndirilməsi, habelə əsgərliklə təhsil proqrmı uyğunlaşarsa, yarana biləcək problemlərin qarşısını almaq mümkün olacaq. “Seçici azaldılma sistemi: Əsgərlik müddətinin azaldılması yalnız müəyyən sahələr və proqramlar üzrə magistratura təhsili alanlara tətbiq edilə bilər. Məsələn, mühəndislik, elmi tədqiqatlar və təhsil sahəsində olan proqramlar üçün bu güzəştlər tətbiq edilə bilər. İmtahan və müsahibə prosesinin gücləndirilməsi: Magistratura qəbul prosesində tələblərin sərtləşdirilməsi və tələbələrin əsl elmi maraqlarını yoxlayan imtahanlar və müsahibələrin keçirilməsi təhsilin keyfiyyətinin qorunmasına kömək edə bilər. Əsgərliklə Təhsil Proqramlarının Uyğunlaşdırılması: Əsgərlikdən yayınmaq istəyənlər üçün təhsil sahəsində güzəştlər təqdim etmək əvəzinə, magistratura və hərbi xidmətin uyğunlaşdırılması yolları araşdırıla bilər. Məsələn, tələbələrin hərbi xidmət zamanı oxumağa və ya elmi-tədqiqat işlərini davam etdirməyə imkan yaradacaq proqramlar tərtib edilə bilər”. “Beləliklə, düşünürəm ki,magistrlərin əsgərlik müddətinin azaldılması potensial olaraq təhsil sahəsində bir çox müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər. Əgər bu addım atılarsa, düzgün siyasət və qaydalarla bu prosesin təhsilə və hərbi xidmətə təsiri balanslaşdırılmalıdır. Təklif olunan tədbirlər bu məsələnin müxtəlif aspektlərini nəzərə almaqla, ədalətli və effektiv bir həll yolu təmin edə bilər”, – deyə o qeyd edib. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda ölkədə müddətli hərbi xidmət keçən hərbi qulluqçuların müddət xidmətinin azaldılması müzakirə edilmir. “Magisrt ilə bakalavr təhsili olanlara hərbi xidmət müddətində fərq qoyulması mümkündür. Amma ümumilikdə çağırışçılar üçün, nə xidmət müddətinin artırılması, nə də bu müddətin azaldılması müzakirə mövzusu deyil. Bizim ətrafımızda baş verən çoxsaylı münaqişələr fonunda Ermənistanın təxribatlardan əl çəkmədiyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, Azərbaycan ictimaiyyətinin xidmət müddətinin azaldılması ilə bağlı etdiyi müzakirələr tamamilə yanlışdır”. Hərbi ekspert onu da qeyd edib ki, bu cür addımlar gələcəkdə ətrafımızdakı münaqişələr başa çatdıqda atıla bilər: “Ermənistanla sülh müqaviləsi imzalandıqdan, təhdidlər aradan qalxdıqdan, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra bu məsələləri müzakirə edə bilərik. Lakin indidən bu məsələləri müzakirə etmək kifayət qədər tezdir”.
Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Digah yaşayış massivində qeydə alınıb. 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb. vakansiyalar Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda avtomobillərin ehtiyat hissələri bazarında saxta mallar baş alıb gedir. Belə mallar əksər hallarda orijinal adı ilə müştərilərə sırınır. Bununla bağlı məlumatları Azad İstehlakçılar Birliyindən (AİB) də təsdiqləyiblər. AİB sədri Eyyub Hüseynov Modern.az saytına bildirib ki, uzun müddətdir, onlara əmtəə bazarında saxta, standartlara uyğun olmayan avtomobil hissələrinin satıldığına dair şikayətlər daxil olur. Onun sözlərinə görə, hökumətin sahibkarlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edən bir çox “işbazlar” saxta avtomobil hissələrinin satışını özləri də təsdiqləyirlər. Yəni bir çox hallarda satıcılar müştəriyə “bu, əsl ehtiyat hissəsidir, bu isə onun oxşarıdır” etirafını edirlər. Saxta malların isə heç bir mənşəə sənədləri olmur. “Təsadüfi deyil ki, “Hyundai” avtomobillərini istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri də Azərbaycanda saxta ehtiyat hissələrinin satışından narahat olmuş, bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət orqanlarının əməkdaşlarına 23 avqust 2023-cü ildə treninqlər keçirmişdilər. Lakin vəziyyət düzəlmədi”, - E.Hüseynov vurğulayıb. AİB sədri təəssüflə qeyd edib ki, ”Hyundai” şirkətinin Azərbaycandakı rəsmi distrübüteri olan “Avto Azərbaycan” MMC bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir. E.Hüseynov deyib ki, Azad İstelakçılar Birıliyinin bazardakı araşdırması “Hyundai” avtomobil hissələrinin aşağıda adları qeyd olunan saxta variantlarını üzə çıxarıb: Əyləc qəlibləri; yanacaq filteri; yağ filteri; hava filteri; mühərrik qayışı; hidravlik tarımlayıcı; sükan lenti; yağ karteri; yağ nasosu; salniklər; porşenlər; val; vanus (valın boyunluğu); mühərrik təmir dəsti; mühərrik yastığı; muftalar; alışqan şamları; əyləc diski; amartizatorlar; sürgü qolları; porşen üzlüyü; zəncir dəsti və s. Qeyd olunan saxta avtomobil hissələrinin hər biri sürücülərin həyatına təhlükə yaradır, onları maddi itkilərə salır, eyni zamanda avtomobillərin sıradan çıxmasına təsir göstərir. E.Hüseynov deyib ki, saxta malların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər rəsmi kassa çeki də vermirlər. AİB Babək prospektindəki mağazalarda, “Maşın bazarı” kimi tanın ticarət mərkəzində çoxlu belə faktlar aşkarlayıb. “Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “qaimə faktura”nı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur”. Müsahibimizin sözlərinə görə, mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya, Rusiyadan “Hyundai” markalı avtomobillərə məxsus müxtəlif növdə saxta hissələr idxal edirlər. “Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhərindəki Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Koreya avtomobil hissələri” (Köhnə adı “Fovarit”) mağazasında və həmin prospektdəki çoxsaylı dükanlardır. Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur”. AİB sədri bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, sığorta şirkətləri də bu “fürsəti” əldən vermir, yəni saxta avtomobil hissələrinin istifadəsindən yararlanır və ödənilən məbləğdə bunu nəzərə alırlar: “Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilənin bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsidir. Xidmətdən istifadə etmiş sürücünün ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə avtomobilini harada təmir etdirdiyinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir”. E.Hüseynov bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə cəzalar nəzərdə tutulub. Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Tək “Hyundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil hissələrinin də saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üşün müsadirə edilmir, niyə dövlətin qanunlarına əməl edilmir?! Biz “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik”, - Eyyub Hüseynov vurğulayıb.
Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir: "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək".