Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb. Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb. azal vakansiya Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.  Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib. 

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub. Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. vakansiyalar Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Gələn il üçün BƏDBİN PROQNOZ - Bu məhsulların qiyməti artacaq

Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyinə istinadən bildirilib.  Məlumata görə, bu proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı rəyini, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb. Statistikaya görə, bu il Azərbaycanda orta illik infiliyasiya göstəricisi isə 1.3 faiz olub. Bəs görəsən, proqnozlaşdırılan yüksək devalivasiya faizi bahalaşmaya səbəb olacaqmı?  vakansiya 2023 Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, qiymət artımı infliyasiya faizlərindən asılı olmayaraq müntəzəm davam edir və edəcək:  “Əvvəla onu deyim ki, bahalaşma hər zaman var. Bahalaşma müasir iqtisadi model üçün adi bir haldır. Sadəcə, onun faizindən söhbət gedir. Bu ilin infliyasiyası 3 faizdən çoxdur. Yəni bəli, bu ilə nisbətən, növbəti ilin infliyasiyası 1 faiz daha çox olacaq. Gələn il infliyasiyanın daha yüksək olacağı onsuz da gözlənilirdi. Hamı bilməlidir ki, qiymətlər daim artır və belə də davam edəcək. Ərzaq və bir çox idxal məhsullarında qiymət artımı gözləniləndir”.  Ekspertin əvvəlki illərdə daha yüksək infliyasiyaların olduğunu xatırladıb:  “Müasir iqtisadi modeldə kreditlə, yəni faizlə işlər görülür. Əgər pul faizlə dövr edirsə, təbii olaraq infliyasiya da qəbul olunandır. Amma bütövlükdə götürsək, Azərbaycan üçün 3-4 faizlik infliyasiya elə də böyük deyil. Çünki xatırlayırsınızsa, əvvəllər bundan da çox idi”. 

Bu maşınlar KƏSKİN BAHALAŞDI - Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac qiyməti 2024-cü ilin səkkiz ayında orta hesabla  28 min 723 dollar (48 min 829 manat) olub ki, bu da son bir ildə  5 min 656 dollar (9 min 616 manat) və ya 24,5% bahalaşma deməkdir.  2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 23 min 67 dollar (39 min 214 manat) olub. Bəs görəsən, bu seqment nəqliyyat vasitələrinin bahalaşmasının səbəbi nədir?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, səbəb hibrid avtomobillərə olan tələbin artmasıdır:  socar vakansiya “Əslində, hibrid maşınların idxalı zamanı istər gömrük, istərsə də aksiz vergilərlə bağlı müəyyən məbləğdə güzəştlər tətbiq olunur. Bu hələki sabit olaraq qalır. Hələ gömrük və idxal-ixrac rüsumlarında, o cümlədən, aksiz vergilərində hər hansı bir dəyişiklik baş verməyib. Artımın səbəbi ola bilsin ki, daha bahalı hibrid nəqliyyat vasitələrinə son illər tələbatın daha da çoxalmasıdır”.  Ekspert hibrid mühərrikli ciplərin benzin və dizel olanları üstələdiyini diqqətə çatdırıb:  “Fikir versək, şəhərdə hibrid ciplərin ciddi say artışı müşahidə olunmaqdadır. Əvvəllər daha çox benzin və dizel mühərrikli hündür nəqliyyat vasitələrin üstünlük verilirdisə, indi daha çox Çin və Koreya markalarının hibrid maşınları tərcih olunur. Bu da bazarda baha qiymətə satılan avtomobillərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Belə olduğu zaman, nəticə etibarı ilə illik artımın göstəricisi kimi götürülür. Yəni bu artımın səbəbi, hibrid mühərrikli və daha bahalı olan avtomobillərin idxalının artması ilə bağlıdır”. 

8 Noyabr prospekti iflic oldu – NİİM-dən reaksiya

8 Noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, ötən gündən başlayaraq Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib: "Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospketlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər."

Respublika üzrə pensiyalar sentyabrın 20-də ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: Qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. vakansiyalar Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq. 

"Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər"

Uşaqların sayının azalması doğuşun sayının azalması və uşaq ölümünün artması ilə bağlıdır. Daha çox isə doğuşun sayının azalması ilə bağlıdır. Yəni insanlar gec ailə qurur və ailə qurduqdan sonra çalışırlar ki, ailədə maksimum 2 uşaq olsun.  Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, valideynlər uşaqları böyütməkdə çətinlik çəkdikləri üçün növbəti uşaq istəmirlər: “Valideynlər uşaqları böyütmək, baxmaq, onlara sona qədər çətinlik çəkəcəklərini bildikləri üçün növbəti uşaq istəmirlər. Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər. Ona görə də uşaqların sayında azalma müşahidə edilir. Bu daha çox sosial müdafiə və imkana bağlı bir məsələdir. Çünki bizdə uşaq ölümü elə də kritik səviyyədə deyil. Sadəcə insanların imkan və şəraitlərindən asılı olan bir məsələdir ki, bu da uşaqların sayının azalmasına gətirib çıxarır. Belə olanda ailələr çox uşaq istəmir və əlavə problem, öhdəliklər yüklənmək istəmirlər”.

Ev və obyekt sahiblərinin DİQQƏTİNƏ - Yüksək təzminat ala bilərsiniz

Paytaxtda nəzərdə tutulan şəhər planlaması ilə əlaqədar söküntü və restavrasiya işləri son avxtlar daha da intensivləşib. Bu zaman bəzən söküntüsü nəzərdə tutulan əmlakın yaxınlığında və ya ona bitişik olan obyektə də zərər dəyir. Belə vəziyyətlərdə adətən zərərçəkmiş əmlakın sahibi ilə söküntünü həyata keçirən məsul subyekt arasında anlaşılmazlıq və mübahisə yaranır.   Bəs görəsən, bu cür sitasiyalarda zərərçəkmiş hansı hüquqlara malikdir? Mövzu ilə bağlı  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Yenisabah.az-a açıqlamasında bildirib ki, əmlakın hüquqi statusundan asılı olmayaraq, belə hallarda vətədaşlara mütləq şəkildə kompenasiya ödənilməlidir:  azal vakansiya “Hər hansı bir sənədin olub-olmamasından asılı olmayaraq, əgər hansısa vətəndaş bəlli bir ünvanda yaşayırsa, onun yaşadığı əmlaka bu və digər formada zərər vurularsa, mütləq şikayətçi olmalıdır. Söküntü və təmir-bərpa işləri vətəndaşlara hər hansı narahatlıq yaratmamaq şərti ilə həyata keçirilir. Müəyyən prosedur qaydaları mövcuddur ki, həmin ərazilərdə əgər hər hansı bir tədbir həyata keçirilirsə, mütləq təhlükəsizlik təmin edilməlidir və yanaşı olan tikililərə hər hansı bir xətər toxunulmamalıdır. Əgər belə bir ehtimal varsa belə, mütləq şəkildə xəbərdarlıq olunmalıdır və insanlar həmin ərazidən uzaqlaşdırılmalıdır. Digər tərəfdən, xüsusi geyimlər təqdim olunmalı, ətrafdakı nəzərdə tutulan radiusda təhlükəsizlik xətti müəyyən edilməli və həmin xəttə vətəndaşlar buraxılmamalıdır”.  Vüqar Oruc dəymiş zərərin hesablanması üçün qiymətləndirici şirkətlərə müraciət edilməli olduğunu diqqətə çatdırıb: “Əgər söküntü prosesinin gedişində hər hansı bir şəxsə yaxud tikiliyə zərər dəyibsə, bu istiqamətdə söküntünü həyata keçirsən təşkilat mütləq qaydada təzminat ödəməlidir. Dövlət əhəmiyyətli söküntüdür deyə, belə nəticə meydana çıxırsa, qarşı tərəf məsuliyyət daşımır deyə bir qayda yoxdur. İstər dövlət, istər özəl olmasından asılı olmayaraq, vurulan zərər hüquqi və inzibati məsuliyyətə səbəb olur və mütləq şəkildə kompensasiya edilməlidir. Əgər qarşı tərəf bunu ödəməkdən boyun qaçırırsa, əmlak sahibi qiymətləndirmə şirkətlərinə müraciət etməlidir. Əmlak əgər icbari olaraq sığortalanıbsa, sığortaçı şirkətə məlumat verilməlidir”. 

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Dolu düşəcək, qar yağacaq

Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Qeyd edilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.  vakansiya Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.  Azərbaycanın əksər rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq. 

Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...

Avqust ayının sonlarından başlayaraq, Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin artması, həmçinin mənzil çatışmazlığı müşahidə olunur. Ekspertlər qeyd edirlər ki, adəti üzrə yeni tədris ilinin başlanması ərəfəsində tələbələrin bölgələrdən Bakıya axını başlayır ki, bu da paytaxtda kirayə evlərə tələbatı artırır, eləcə də buna paralel olaraq, qiymətlər də artır. Bəs yaxın vaxtlarda qiymətlər artan tendensiyada gedəcək, yoxsa aşağı enəcək? vakansiya Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb: "Artıq 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü prosesinə start verilib. Bu günə qədər çox sayda köhnətikili binalar sökülərək, yenitikili binalar ilə əvəzlənib ki, sökülən hər köhnətikili binalarda və yaxud fərdi yaşayış evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarından çıxmış olur. Həmin ərazilərdə yaşayan sakinlər də evləri söküldüyü gündən yenitikili binalarda mənzillə təmin olunana qədər təxminən 2-3 il müddətinə kirayəyə çıxmalı olurlar. Sökülən hər köhnətikili binaların yerində yenitikililər inşa edildikcə, artıq yenitikili binalarda kirayə mənzillər daha baha qiymətə təklif olunur. Bundan başqa, daşınmaz əmlak bazarında uzun müddətdir ki, qiymət artımları baş verir, nəticədə bu proses kirayə mənzillərin qiymətinə də öz təsirini göstərir. Hər il olduğu kimi artıq yeni tədris ili başladığına görə avqust ayının sonundan başlayaraq, paytaxt Bakı şəhərində kütləvi tələbə axını başlayıb ki, bu da adəti üzrə kirayəlik mənzillərə tələbatı artırır və nəticədə qiymətlər artır". Ekspert qeyd edib ki, paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə artıq əlçatan qiymətə mənzillər qalmadığına görə xüsusən də tələbələr daha çox Bakı ətrafı ərazilərə üz tuturlar: "Bu səbəbdən də artıq kənar ərazilərdə də kirayə mənzillərə tələbat artır. Artıq paytaxtın Baş Planı təsdiq olunub və layihənin 2040-cı ilə qədər həyata keçiriləcəyi bildirilir. Bu səbəbdən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlər sökülərək, müəyyən infrastruktrlar üçün istifadə olunacaq və yenitikili binalarla əvəzlənəcək. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ucuz qiymətə olan kirayə mənzillərinin sayı tamamilə minimuma enəcək. Buna paralel olaraq köhnətikili binalardakı kirayə mənzillərə tələbat artdıqca, yenitikili binalarda bir çox mənzillər boş qalmışdı. Səbəb qiymətlərin əlçatan olmamasıdır. Bu səbəbdən gələcəkdə yenitikili binalardakı kirayəlik mənzillərin qiymətində enmələr müşahidə olunarsa, kirayə mənzil bazarında 10 minlərlə yeni mənzillər vətəndaşların istifadəsinə verilmiş olar. Lakin hazırda qiymətlər kəskin bahadır və enmə müşahidə olunmur".

DİQQƏT! Leysan yağacaq, temperaturu aşağı düşəcək

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. kapital bank vakansiya Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.