Hər ilin avqust və sentyabr aylarında paytaxtın kirayə mənzil bazarında canlama müşahidə olunur. İyun-iyul aylarından fərqli olaraq, bu vaxtlar tələbələrin və iş üçün Bakıya üz tutan vətəndaşların hesabına kirayə mənzillərə tələbat kəskin surətdə artır. Bu isə eyni zamanda kirayə mənzillərin bahalaşmasına səbəb olur. Bəs görəsən, bu il də eyni tendensiya gözlənilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq bir çox valideynlər tələbə adı qazanan övladları üçün kirayə mənzil axtarışına başlayıb: onlayn aptek “Hər il iyun-iyul aylarında və avqust ayının 15-nə qədər kirayə mənzil bazarında nisbi durğunluq olurdu. Bu daha çox tələbələrin və iş üçün paytaxtda üz tutan şəxslərin rayonlara qayıtması ilə bağlı idi. Amma son illər tendensiya artıq dəyişib. Artıq ali təhsil müəssisələrinə, kolleclərə və digərlərinə imtahan verən tələbələrin qəbul prosesi əvvəlki vaxtlara nisbətən daha tez olur. Bu baxımdan valideynlər də bilirlər ki, ev tapmaq problemdir və həmin evləri daha tez müddətdə kirayə götürürlər. Yuxarı kurs tələbələri isə rayondan qayıdarkən artıq ev tapmayacağını bilib kirayə götürdükləri mənzillərin pulunu ödəyib saxlayırlar. Bu isə son illər kirayə mənzil bazarında qıtlıq yaradır”. Ekspert avqustun sonuna və sentyabrın əvvəlinə doğru kirayə mənzil bazarında ciddi bahalaşmanın olacağını dilə gətirib: “Digər tərəfdən, artıq 2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzrə söküntü işləri aparılır. Bu, istismar müddəti bitmiş çoxmərtəbəli köhnə binaların, yəni “xruşovka”ların və digər layihəli binaların sökülməsidir. Həmçinin fərdi yaşayış evlərindən ibarət massivlər də var ki, həmin ərazilərdə də söküntü işləri gedir. Bura “Alatava”, “Papanin”, “Kubinka” və s. əraziləri misal göstərmək olar. Bu tip yerlərin sökülməsi artıq kirayə mənzil bazarında olan fərdi yaşayış evlərinin bazardan çıxması ilə nəticələnir. Həmin evlərin sakinləri məcburən sökülən əmlaklarının yerində onlara mənzil veriləcək yeni binalar tikilənə qədər, kirayə çıxmalı olurlar. Belə olan təqdirdə isə Bakıdakı kirayə mənzillərin əksəriyyətini paytaxt sakinləri özləri kirayə götürür. Ən əsası isə köhnə binaların yerində tikilən yeni tikililərin kirayə qiyməti əvvəlkindən ən az 2 dəfə daha bahadır. Bütün bunlar hamısı birlikdə kirayə mənzil bazarında qıtlığa səbəb olur. Bu isə qiymətləri kəskin şəkildə qaldırılır. Avqustun sonuna doğru biz yenidən bunu müşahidə edəcəyik”.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 14. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 15. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb. Sozcu.az xəbər verir ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb. Vəfa Nağı bu barədə paylaşdığı görüntüləri belə şərh edib: “Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsini gəzərkən Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını gördük. Bununla bağlı 102-yə, DSK-ya şikayət etdim. Sonra “Tik Tok”dan canlı yayım açdım. Sonra Rüstəmxanlının posterlərini açdılar. Dövlət qurumunu təbliğat üçün istifadə edirdilər”. Xatırlatma: 70 saylı Neftçala seçki dairəsində "Neftçala üçün birlikdə!" şüarı ilə seçkilərə qoşulan Tənzilə Rüstəmxanlının ən güclü rəqibi Vəfa Nağıdır. O, "İndi VƏFA vaxtıdır!" şüarı ilə seçkilərdə qalib gələcəyinə əminlik nümayiş etdirir.
Tanınmış televiziya aparıcısı Amil Xəlil sentyabrın 1-i ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə danışıb. Sozcu.az xəbər verir ki, o, deputat mandatı uğrunda mübarizə aparan bəzi namizədləri tənqid atəşinə tutub: “Ölkədə tək-tük adamlardan biri - namizədliyini irəli sürməyən, Amil. dirnaq modelleri 2 il əvvələ kimi müxbir olan, bir-iki yol, su problemlərinin çəkilişində iştirak edən, qızlı-oğlanlı hamı deputatlığa namizəddir. Vallah, kənardan bəziləriniz çox eybəcər görünürsünüz. Hələ Binəqədi rayonu ərazisində olan şəhid analarını narahat edənlərdən demirəm... İndiyə kimi qapılarını tanımırdınız, şəhid anaları indi yadınıza düşdü? Siz Allah, hərə öz işi ilə məşğul olsun”.
Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən isə 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3-ü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir. Qeyd edək ki, Gəncədə keçirilən yas mərasimində 100-dən artıq şəxs zəhərlənib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma davam etdirilir.
Avqustun 11-i saat 9:30-a olan faktiki hava açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, avqustun 11-i saat 9:30-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub. dirnaq modelleri Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb. Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Birinci Qarabağ müharibəsi şəhidi Ceyran Abdullayevanın atası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin atası Səyyaf Qarayev yaşadığı Zərdab rayonunda xəstəlik səbəbindən ölüb. Qeyd edək ki, Abdullayeva Ceyran Səyyaf qızı 1962-ci ildə Zərdab şəhərində anadan olub. Könüllü olaraq müharibəyə yollanan Ceyran rabitəçi olub və 1992-ci ilin avqustun 15-i Ağdam rayonu ərazisində şəhid olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur. Sozcu.az “Report”a istinadla xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb. R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.
Avqustun 9-u saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı: Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub. Eyni zamanda şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb. Bundan başqa, Qrız, Şabran, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı məsələ aktual olaraq qalır. İnsan alverinə cəhd edən qadının, həm də qeyri-insani əməli hələ də ciddi tənqid olunur. "Əsəbi olduğum üçün paylaşdım..." Bizim.Media ictimaiyyətdə rezonans doğuran hadisə ilə bağlı üç yaşlı övladını satışa çıxaran 2000-ci il təvəllüdlü Nəzrin Qurbanovadan açıqlama alıb. Həkim tap Qadın etdiyi qeyri-qanuni əməlini belə əsaslandırıb: "Əsəbi vəziyyətdə olduğum üçün belə bir video çəkib paylaşmışam. Amma indi fikrim başqadır. Oğlumun mənə qaytarılmasını istəyirəm. Ən azından onu vaxtı-vaxtında görmək üçün şərait yaradılsın. Uşaq o müəssisədə qalsın, amma arada onu görüm. Onsuz da sosial durumum onu saxlamağa imkan vermir. Özüm rəfiqəmlə günü 10 manata kirayədə qalırıq və borclarım var. Sinif yoldaşımdan maddi dəstək alıram. Heç kimim yoxdur. Anamı 10 yaşında, atamı isə bu ilin martında itirmişəm. Özümüz yeddi uşaq olmuşuq, beşi qıcolmadan, bir qardaşım isə suda boğularaq dünyasını dəyişib. Onların heç birini görməmişəm. Məni xalam böyüdüb". "Yoldaşım "o uşaq məndən deyil" deyir..." Nəzrin Qurbanova qeyri-rəsmi nikahda olub və elə hamilə olarkən də yoldaşından ayrılıb: "Yoldaşımla rəsmi nikahımız olmayıb. Mənə baxmırdı, hamilə olanda özüm ondan ayrıldım. O vaxtdan indiyədək əlaqəmiz yoxdur. Övladımı min bir əziyyətlə böyütmüşəm. Küçələrdə gecələdiyimiz günlər də olub. Hətta zibil qutularından oğluma köhnəlmiş yemək gətirirdim. Tək olduğum üçün onu qoyub işləyə bilmirdim. Dəfələrlə Kürdəmirə gedib yoldaşımla görüşmüşəm ki, oğluma kömək etsin. Ən azı aylıq yeməyini və geyimini təmin etsin. "O uşaq məndən deyil, elə adda mənim oğlum yoxdur", - deyə yaxın durmayıb. Hətta uşağa şəxsiyyət vəsiqəsi alanda belə soyadını vermədi. Yalvara-yalvara sadəcə ata adını yazdıra bildim. Ona DNT analizi etməsini də təklif etmişdim. Yoldaşım evlənib, ailəsi və uşaqları var. Kürdəmirdə taksi sürücüsü kimi çalışır. Öz uşaqlarına bəy balası kimi baxır". "Ev sahibi məni küçəyə atacaq" Nəzrin Qurbanovanın sözlərinə görə, uşağına baxan olmadığı üçün iş axtarmaqda maraqlı olmayıb və davamlı işləyə bilməyib: "Üç gün çörək zavodunda çalışdım. Baxdım ki, uşağı qoymağa yer yoxdur, çıxdım. İki dəfə dolanışığımın çətin olması ilə bağlı "TikTok"da video paylaşmışam. Hətta Kürdəmir Rayon İcra Hakimiyyətinə də oradan səsləndim. Onlardan xəbər çıxmadı. Cəmi bir ailə maddi köməklik etdi. O vəsaitlə iki günlük ev kirayəsini ödədim və 15-20 gün yemək pulumuz oldu. Atam sağ olanda onun pensiyası ilə keçinirdik. Uşağı onun yanına qoyub işləyə də bilirdim. İki gündür hər kəs məni tənqid edir, amma anlayan yoxdur ki, bu illər ərzində tək uşağı necə böyütmüşəm. Nərimanov rayonundakı Məşğulluq İdarəsinə də iş üçün müraciət etmişəm. İndi də vəziyyətim çətindir, gündəlik kirayə pulunu verə bilmirəm. Hətta bu gün də ödəməyə pulum yoxdur. Ev sahibi mənə vaxt qoyub, ödənişi etməsəm küçəyə atacaq", - deyə Nəzrin Qurbanova əlavə edib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında məsələ araşdırılıb. Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə azyaşlının dövlətin himayəsinə alınması təmin edilib. Əlavə olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır. Ayrıca, azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.
Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir. Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir. Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək. İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: “Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir”. onlayn aptek Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək". Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. “Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir”, - deyə ekspert qeyd edib.
Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb. Sozcu.az xəbər verir ki, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri yolun o tayında qalıblar. Sakinlərin bu taya gediş - gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyir ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60 - a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək. Bundan başqa kəndin məscidi, qəbiristanlığı o tayda qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstə və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər. Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov APA-ya bildirib ki, adı çəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib: “Bu il iyun ayının 26 - da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik". Qeyd edək ki, 350 təsərrüfatı, 1500 - ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100 - dən çox təsərrüfat, təqribən 500 - ə yaxın sakin yolun o tərəfində qalıb.