Bakıda faciəvi şəkildə ölən şəxs 2 gün idi yoxa çıxıbmış...

Binəqədidə 1991-ci il təvəllüd qəsəbə sakini Taleh Şahid oğlu Fehruzlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində onu dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurduğu məlum olub.

Qeyd edək ki, faciəli şəkildə ölən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və ondan heç bir məlumat alınmayıb.

Share on Facebook