Şəmkirdə ağır qəza: ölü və yaralılar var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, "Toyota" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə çayda katerlər toqquşdu: Yaralılar var

Mingəçevir şəhərində Kür çayında iki kater toqquşub. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıblar. pizza mizza Faktla bağlı araşdırma aparılır.

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil. Sozcu.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda məktəbəhazırlıq təhsilinin məcburi olması müzakirə predmeti olmadığı üçün bu barədə hər hansı dəyişiklik layihəsinin hazırlanmasına ehtiyac yaranmayıb. Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.

Bu tarixdən ölkədə şiddətli istilər başlayır

Artıq bir neçə gündür ki, Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır. Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur. Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir: “Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.

Binəqədidə kanalizasiya fəlakəti - FOTO

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır. Sozcu.az milli.az xəbər verir ki, bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır. Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar. Pepperoni pizza İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib. Gün ərzində problem aradan qaldırılacaq. Xatırladaq ki, hazırda Binəqədi şosesində kanalizasiya xətti qurulur, lakin bu yeni tikilən yaşayış binası üçün nəzərdə tutulub.

Beyləqanda 16 yaşlı oğlan kanalda batdı

Beyləqan rayonunda 16 yaşlı oğlan kanalda batıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib. Eyvazallar kənd sakini Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda "həkim" xəstəyə yalandan QİÇS diaqnozu qoydu - Cinayət işi açıldı

Bakıda özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim edən şəxs vətəndaşın QİÇS-ə yoluxma təhlükəsi qarşısında qoyub. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, vətəndaşlardan birinin (müəyyən səbəbdən adını açıqlamırıq) xanım tanışında HİV aşkarlanıb. Telman Allahverdiyev adlı şəxs isə həmin vətəndaşa sözügedən xanımı müalicə edəcəyini bildirib. O, özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim etməklə vətəndaşı buna inandıra bilib. Telman Allahverdiyev müalicə üçün vətəndaşdan hissə-hissə 5700 dollar alıb. Daha sonra vətəndaşa xəstəni sağaltdığı barədə yalan məlumat verib və beləliklə, zərərçəkmişi HİV-ə yoluxma təhlükəsi qarşısında qoyub. Vətəndaş sonradan aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Telman Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 140.1 (Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikd) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Telman Allahverdiyevə 178.2.4-cü maddə ilə 2 il, 140.1-ci maddə ilə 6 ay, 310-cu maddə ilə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təyin olunmuş cəzalar qismən toplanıb və Telman Allahverdiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Güclü külək əsir, yağış yağır - Faktiki hava

İyulun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır. Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Başqasının mənzilində məskunlaşmış 664 köçkün çıxarılıb - RƏSMİ

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 185 ailə (664 nəfər) köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi məlumat yayıb. Keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. 

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!”

“İndi təqaüdə çıxanların yığdığı kapitala baxın. Sən hansı işçidən soruşsan ki, təqaüd yaşın azalsın? Deyəcək ki, azaltmayın, məni təqaüdə çıxartmayın. İnsanlar təqaüdə həvəssiz gedirlər. Çünki maaşları azdır və pensiya kapitalı lazımi qədər deyil”. Bu sözləri "Yeni Sabah"a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. O vurğulayıb ki, təqaüdə çıxan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır: Dördpendirli pizza “Qərb ölkələrində insanlar pensiyaya çıxandan sonra rahat yaşayırlar. Mən hansı ölkəyə gedirəmsə, oradakı sosial problemlərlə maraqlanıram. Həmişə görürəm ki, məsələn, Avropada insanlar məmnuniyyətlə pensiyaya çıxırlar. Azərbaycan qanunvericiliyinə əsasən, büdcədən maliyyələşən işçilər təqaüd yaşına çatan kimi işdən azad olunur. Amma onların pensiyası nə qədərdir? Mən şəxsən 2006-cı ildən pensiyaya çıxmışam və bun qədər həmişə yüksək vəzifələrdə çalışmışam. Lakin pensiyaya çıxanda mənə 250 manat pul verdilər. İlk öncə elə bir şərait yaradılmalıdır ki, qadın, yaxud kişi fərq etmir, yığdığı kapital normal olsun. Hamı pensiya yaşından danışır. Tutaq ki, qadınların pensiya yaşını 55 etdilər. Həmin qadın təqaüdlə necə yaşasın? Qızına, oğluna möhtac olsun?! Hüquq müdafiəşisi olarq cəhd edirik ki, təqaüdçülərlə bağı bu istiqamətdə qanun qəbul edilsin. Məsələyə mütləq sosial rifah yönündən baxılmalıdır. Dövlət qurumlarının bir çoxunda təqaüdə bir neçə il qalmış əməkdaşı işdən çıxarırlar. Yaxud ağır işlərdə çalışanlar nə qədər əməkhaqqı alır ki?! Onun yığdığı kapitaldan nə çıxacaq? Yenə dilənçi vəziyyətində yaşayacaqlar. Hörmətli deputatlar heç bunu fikirləşmir. Azərbaycanad yaş davası yox, təqaüdə çıxanların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Təqaüdçülərə müxtəlif imtiyazlar verilməlidir. Mən təqaüdçüyəm, yaşamaq istəyirəm. Normal yaşamaq istəyirəm”. Keçmiş deputat Vahid Əhmədov isə vurğulayıb ki, son illər bir çox insan ümumiyyətlə pensiya yaşına çatmadan vəfat edir: “Bu Milli Məclisdə illərlə müzakirə olunan məsələlərdən biridir. Pensiya yaşı mövzusu hər zaman parlamentdə müzakirə edilib. İstər hökumətin hesabatı olanda, istərsə də DSMF-nin hesabatı olanda bu məsələyə toxunulub. Hökumət bunu belə əlaqələndirir ki, Azərbaycanda yaşama müddəti uzun olduğu üçün pensiya yaşı da yüksək olmalıdır. Onlar faktiki olaraq pensiyadan sonrakı həyat müddətini 12 il qəbul edirlər. Amma son vaxtlar orta ömür həddi kifayət qədər aşağıdır. Bir çox insan heç pensiya almamış dünyasını dəyişir. Mən dəfələrlə yaş həddinə baxılması ilə bağlı təkliflər olub. Digər millət vəkilləri tərəfindən bu kimi təkliflər indi də səsləndirilir. Yaş həddi qadınlar üçün də, kişilər üçün də yüksəkdir. O vaxt təklif etmişdik ki, kişilər üçün 63, qadınlar üçün isə 60 yaş saxlanılsın. Amma təəssüf ki, bu baş tutmadı. Bir çox ölkələrdə qadınlar üçün pensiya yaşı hətta 60-dan da aşağıdır. Bu problem üzərində mütəmadi işləməyə ehtiyac var. Məncə, dünyada gedən proseslər və yüksək qiymət artımları Azərbaycana təsir edir. Bu baxımdan, pensiya ilə bağlı yaş həddi məsələsini gündəmdə saxlamağa ehtiyac var”. Hazırkı qanunvericiliyə görə, qadınların pensiya yaşı 2027-ci ilin iyul ayınadək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılacaq və bu yaş həddi son hədd kimi müəyyən ediləcək.

Azərbaycanda 14 nəfər qarpızdan ZƏHƏRLƏNİB

Mövsüm başlayandan 14 nəfər qarpızdan zəhərlənib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 14 nəfər müraciət edib.  Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb. Qeyd edək ki, yay mövsümündə tez-tez rast gəlinən qida zəhərlənmələri arasında qarpızdan zəhərlənmə halları xüsusi yer tutur. İstiliyin artması, məhsulun düzgün saxlanılmaması, erkən yetişdirilmə məqsədilə istifadə olunan kimyəvi maddələr və gigiyenik qaydalara riayət olunmaması bu cür halların başlıca səbəbləri sayılır.